saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Elm-Bilik-Düşüncə-Hİikmət-Həqiqət haqqinda.

ÇapE-poçt

ELM-BİLİK-DÜŞÜNCƏ-HİKMƏT-HƏQİQƏT HAQQINDA.

ELM-BİLİK-DÜŞÜNCƏ-HİKMƏT-HƏQİQƏT HAQQINDA. 1. Bizim bildiklərimiz haqqında bilmədiklərimiz, bilmədiklərimiz haqqına bildiklərimizdən qat-qat çoxdur!
2. Hikmət ilahinin öz nurundan insanlara verdiyi paydır!
3. Bilik asan danışılan, yaxşı gizlədilən, paylaşdıqca çoxalan sərvətdir!
4. Elmə ağalıq etməsən, təbiətə köləlik etməli olacaqsan!
5. Axtardığını tapmaq, itirdiyini tapmaqdan daha çox sevinc gətitir!
6. Bilik öyrədənlə, bilik öyrədənin ittifaqı ilahi ittifaqdır!
7. Düşməni dost etmək istəyirsənsə onun elminin artmasnın qayğısına qal!
8. Heyvanlar arasında vuruşmaq aclıqdan, insanla arasında vuruşmaq cəhalətdən yaranır!
9. İnsan elmdən nə qədər ac olsa, qarnı bir o qədər tox olar!

10. İnsanı ağlı, heyvanı bədəni idarə edir!
11. Atanın öz övladına buraxa bilməyəcəyi yeganə şey ağıldır!
12. Elm elə sərvətdir ki, o heç vaxt sahibinə məxsus olmur!
13. Düşüncədə hərəkətli, hərəkətdə təmkinli ol!
14. Bizim düşüncələrimiz tovuz quşu kimi rəngbərəng və cazibədardır və bütün təhlükə də buradan doğur!
15. Düşünmək idarə etməkdən çətin işdir. Ona görə də hökmdarlar heç vaxt öz əvəzinə idarə etməyi kiməsə həvalə etmir, amma bir qayda olaraq, öz əvəzinə düşünməyi həvəslə başqalarına tapşırır!
16. Düşünə-düşünə hərəkət et, hərəkət edə-edə düşün!
17. Düşüncələrin nəhgləri yox, əməllərin nəhəgliyi insanı tarixə salır!
18. Düşüncələrdə insan öz-özü ilə, əməllərində başqaları ilə təmasda olur!
19. Dəlilər də düşünür, sadəcə ağıllılardan fərqli olaraq rabitəsiz və qırıq-qırıq!
20. Uşaqlar müstəqil düşünə bilmədikləri üçün hər addımında sual verir, axmaqlar isə səhv düşündükləri üçün heç vaxt sual vermir!

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check