saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Həyatımızı dəyişən aforizmlər

ÇapE-poçt

  • Tolerantlıq sözü mənim xoşuma gəlmir, lakin mən bundan yaxsı söz tanımıram (Mahatma Qandı)

  • Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır. (Konfutsi)

  • Haqqı hər zaman müdafiə et, anlayan olmasa belə vicdanına hesab verməkdən xilas olarsan. (Herbert Uels)

  • Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır, bu günahdır. Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır, əsl insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır. (Oskar Uayld)

  • Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. (M.Qandi)

  • Yumor-zarafat arxasında gizlənən ciddilikdir. (P.E.Veys)

  • Kişilər sevişmək, qadınlar isə məhəbbət arzusundadır. (Z.Freyd)

  • Amma sonda hamısı eyni işlə məşğuldur. (Sari Qabor)

  • Aşiq olarkən insan ağlını itirir və yalnız evləndikdən sonra bu itkini hiss edir. (Safir Moriç)

  • Qadin çox şey istəyir,amma birindən. Kişi bir şey istəyir, amma çoxundan. (Konstantin Melaxin)

  • Necə ər istəyirsən kasıb, yoxsa varlı? Kasıba ərə gedəcəksən, ərindən başqa heç nəyin olmayacaq. Varlıya ərə gedəcəksən, ərindən başqa hər şeyin olacaq. (Konstantin Melaxin)

  • Sənin qəbahətlərini üzünə deyən düşmən, bunları gizlədən dostdan yaxşıdır. (Sokrat)

  • Yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq. (Qədim Hind aforizmi)

  • Hünərsiz ağıl qadınlara, ağılsız hünər heyvanlara xasdır. (Qədim Hind aforizmi)

  • Mübarizəsiz həyat olduqca cansıxıcıdır. (M.Y.Lermentov)

  • Mənə elə dost lazım deyil ki, hər şeydə mənimlə razılaşsın, mən başımı əyəndə o da əysin, ona qalsa mənim kölgəmdə dostdur. (Plutarx)

  • Sözün qədrini bilməyən zəif düşüncəli adam adətən çox danışar. (Ş.Montyeske)

  • İnsan həyatının bir dövründə aldanır, o biri dövründə aldadır. Başqa sözlə desək, dünyaya quzu kimi gəlir, tülkü kimi gedir. (F.Volter)

  • Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. (L.Vovenarq)

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check