saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Rənglərin sirri

ÇapE-poçt

Evlərimizin interyeri və uğurlu geyimlərimiz üçün hansı rənglər seçilməlidir?
Rənglər insan psixologiyasına təsir edən əsas vasitələrdən biridir və psixologiyaya müsbət təsir etdiyi kimi, mənfi təsir də edə bilmək xüsusiyyətinə malikdir. Rənglərin insan psixologiyasına müsbət təsiri insanı dincəldir və rahatlandırır. Amma mənfi təsir nəticəsində ətrafdakı pis enerjini özünə cəlb edib psixologiyaya zərbə vurur və hətta, orqanizmi xəstələndirir. Məhz bu səbəblərə görə rəngləri araşdırmaq, onların əsas xüsusiyyətlərini, insan psixologiyasına necə təsir göstərdiyini aydınlaşdırıb sizə təqdim etmək qərarına gəldik.

İnsanın ətraf mühitdə özünə müsbət aura yarada bilməsi məhz öz əlindədir. Çünki ətrafda olan rənglər insanlara gözlə görə bilmədikləri müəyyən enerjini ötürə bilmək xüsusiyyətinə malikdir. Geyimlər vasitəsilə orqanizmi rənglərin yaratdığı enerji toru bürüyür. Bu səbəbdən də hər bir insan geyimin rəngini seçən zaman öz psixologiyasına uyğun olan rənglərə üstünlük verməlidir. Əks halda orqanizmin nə fiziki, nə də psixoloji vəziyyətini tarazılaşdırmaq mümkün olmaz. Çünki, geyimlərin rəngləri həm fiziki, həm də psixoloji olaraq orqanizmi tarazılaşdırır və müsbət enerji ilə təmin edir.


Geyimin rənginə bax, insanı tanı...

İnsanların geyimlərdə istifadə etdiyi rənglər onların psixologiyası və şəxsiyyəti haqqında məlumat verir.

Sarı rəngdə və sarı rəngin müxtəlif çalarlarında olan geyimlərdən istifadə edən insanlar kökəlməyə meyillidir. Kökəlməyə meyilli olmaları əksər hallarda onlar üçün kompleksə çevrilmir. Çünki, onlar orqanizmlərinin bu xüsusiyyəti ilə tanışdırlar və bunu qəbul edərək rahat və xoşbəxt yaşamağa çalışırlar.

Qırmızı rəng və qırmızı rəngin müxtəlif çalarlarında geyinənlər insanların diqqətini cəlb etməyi sevirlər. Belələri seksual həyatlarında da çox fəal olan adamlardır.

Qara rəng və qara rəngin müxtəlif çalarlarında geyinən insanlar çox ciddi və istedadlıdır. Hər hansısa bir işi görəndə yüz ölçüb, bir biçirlər və məqsədlərinə çatmaq üçün əllərindən gələni edirlər. 
Yaşıl rəng və yaşıl rəngin müxtəlif çalarlarında geyinən insanlar rahatlıq və təbiət aşiqidir. Rahat, heç kəsin ürəyini sındırmadan yaşamağı və yaşıl təbiəti seyr etməyi çox sevirlər. 

Mavi rəng və mavi rəngin müxtəlif çalarlarında geyinən insanlar rahatlıq və sakitliyi çox sevirlər. Onlar sakitliyi dinləməkdən zövq alır, konfliktə girməyi sevmirlər. 

Bənövşəyi rəng və bənövşəyi rəngin müxtəlif çalarlarında geyinən insanların beyni sürətlə işləyir və inkişaf edir. Bu insanlar çox istedadlı, düşüncəli, realist insanlardırlar. Sözlərindən dönmür və uğurlu karyera sahibi olurlar. Bu rəng istedad və gücün qovuşduğu rəngdir. Məhz bu səbəbdən son zamanlar bəzi məşhur şirkətlər öz loqotiplərinin və işçilərinin formalarının rəngini seçən zaman məhz bu rəngə üstünlük verirlər.

Evin rənglərini necə seçməli?

Düzgün rəng seçimi geyimlə yanaşı, evin interiyerində də çox vacibdir. Çünki, yaşadığınız evdə hər gün görəcəyiniz rənglər sizin gündəlik əhval ruhiyyənizə təsir edə bilmək xüsusiyyətinə malikdir.

Evin interiyeri seçilərkən həmin evdə yaşayan insanların psixoloji xarakterlərinə uyğun olan çalarlardan istifadə olunmalıdır. Əks halda psixologiyanıza zidd olan rənglər yaşadığınız evi sizin üçün narahat və darıxdırıcı bir məkana çevirəcək. Evdə hər otağın rəngi həmin otağın aurasına təsir edə bilmək xüsusiyyətinə malikdir.

Qonaq otağının dizaynını tərtib edərkən təbii və yumşaq tonlu rənglərə üstünlük vermək məqsədə uyğundur. Çünki, qonaq otağı dincəlmək, söhbət etmək, kitab oxumaq, musiqiyə qulaq asmaq və s. üçün istifadə olunduğuna görə diqqəti yayındıran, rəngləri seçmək tamamilə yanlışdır. Qonaq otağında ağ, yaşıl, mavi və açıq tonlu rənglərə üstünlük vermək; divan, kreslo, xalça, habelə aksesuarların rəngini isə divarın rənginin tünd çalarlarında seçmək lazımdır.

Mətbəxin dizaynı üçün sarı çalarlı, enerji verən rənglər seçilməlidir. Çünki bu tip rənglər tənbəlliyin qarşısını alır, enerji verir və işləmək həvəsini artırır. Mətbəx işıqlı olmalı və mətbəxdəki əşyaların rəngi nisbətən tünd rəng çalarlarında seçilməlidir.
Uşaq otağının dizaynında yeniyetmə yaşına çatana qədər olan uşaga sevinc və enerji bəxç edən qırmızı, narıncı və sarı rəngləri istifadə olunmalıdır. Yeniyetmə yaşına çatdıqdan sonra isə uşağın psixologiyasının rahat olmasına görə mavi və yaşıl rəngin müxtəlif çalarlarından istifadə etmək olar. Uşaq otağının interiyerində tünd rəngdən uzaq olmaq və otağın işıqlandırılmasına, aydınlıq olmasına diqqət yetirmək lazımdır. 
Yataq otağı rahatlığın və sakitliyin mövcudluğunun çox vacib olduğu otaqdır. Əgər gəncsinizsə və ya təzə ailə həyatı qurmusunuzsa, yataq otağınızda enerji verən qırmızı rəngə və qırmızı rəngin açıq çalarlarında olan xoşagəlimli rənglər seçməlisiniz. Əgər orta yaşlısınızsa, açıq mavi və sarı rəngə üstünlük verməlisiniz. Yataq otağınız üçün seçdiyiniz rənglər yaşadığınız olkənin hava şəraitinə də uyğun olmalıdır. Əgər soyuq yerdə yaşayırsınızsa, istilik və hərarət bəxş edən, isti yerdə yaşayırsınızsa sərinlik hissi yaradan rənglər istifadə etməlisiniz. 
İş otağının rənglərinə xüsusi diqqət yetirmək lazımdır. Çünki, bu otaq evin elə məkanıdır ki, siz burda enerjinizi və potensialınızı artıra bilməlisiniz. Həmin otağın rəng seçimində insanın psixologiyasını yormayan və formada saxlaya bilən, düşünmək əhatəsini artıran mavi və bənövşəyi rəngin bütün çalarlarına üstünlük verilməlidir. Bu rənglər insanın iş bacarığını artırır və yorğunluğun qarşısını alır. 
Vanna otağı nisbətən kiçik olduğu üçün interyer seçimində açıq rənglərə üstünlük verilməlidir. Vanna otağında əsasən ağ rəngə üstünlük verilir. Çünki, bu rəng insana təmizlik və təravət hissi bəxş edir. Mavi, yaşıl, narıncı rəngin bütün çalarları üstünlük verilməsi lazımi rənglərdəndir.
Sanitariya qovşağı (tualet) evdə yeri xüsusidir. Bu səbəbdən də otağın rəngi də xüsusi seçilməlidir. Bu otaqda insanın həm də sakit düşünə bilməsinə şərait yaradan mavi, çəhrayı və qəhvəyi rəngin açıq tonlarından istifadə edilməlidir.

Rahatlaşdıran, qıcıqlandıran, məst və dəli edən rənglər…

Hər bir rəngin özünəməxsus xüsusiyyətləri və təsir etmə qabilyyəti vardır. Bu səbəbdən də insanların sevdiyi rənglər onların xarakterini nümayiş etdirə bilmək xüsusiyyətinə malikdir.

Qırmızı rəng - enerji verir və insanı hərəkət etməyə hazırlaşdırır. Həyəcan və hətəkəti qovuşduran qırmızı rəngin təsirinə yaş məhfumu da təsir edir.

Narıncı rəng - qırmızı qədər olmasa da, həyəcan və enerji ötürməyi bacarır. Əgər narıncı rəngi sevirsinizsə, cəsur və macəraçı şəxsiyyətə sahibsiniz. Bu rəngi sevənlər gülüb güldürməyi çox sevirlər. Narıncı rəng dialoq və mütaliyə bacarıqlarını artırır.

Sarı rəng - intelektual şəxsiyyətə sahib insanların rəngidir. Bu rəngin insanları idarə və hökm etmək bacarığına sahibdirlər. Sarı rəng insanın zehnini açır və yaddaşı gücləndirir. Günəşin rəngi olduğu üçün insana pozitiv enerji ötürmək xüsusiyyətinə malikdir.

Yaşıl rəng - insan psixologiyasını dincəltmək, rahatlaşdırmaq və normallaşdırmaq xüsusiyyətinə malikdir. Yaşıl rəng tarazılaşdırmaq və uyğunlaşdırmaq simvoludur. Geyimdə yaşıl rəngdən çox istifadə etmək vətənə və mentalitetə bağlılığı göstərir. Həmçinin bu rəngi sevənlər təbiəti və sakitliyi çox sevirlər. Yaşıl rəngə marağı olanların ürəyi sağlam hissiyatı isə çox güclü olur.

Mavi rəng - ətrafınızdakı insanların sizə maraq və sevgisini artırır. Bu rəngi sevənlərin səmimi daxili dünyası vardır. Çox saf qəlbli və açıq danışmağı sevən insanlardırlar.

Tünd göy rəngi - təmizkar insanların rəngidir. Bu rəngi sevənlər mehribanlıq və sülhü çox sevirlər.

Bənövşəyi - özünə əmin və azadlıq sevən insanların rəngidir. Bu rəngi əsasən yaradıcı insanlar çox sevirlər, çünki bu rəng incəsənətin rəngidir.

Qara - təbiətdə mövcud olmayan rəngdir. Ölüm və kədər simvoludur. Bu rəng işıgı sevmir. Bu rəngi sevən insanlar əsasən həyatlarında problemi olan və nəyisə gizlətməyə çalışanlardır.

Ağ rəng - təmizlik, saflıq və günahsızlıq rəngidir. Bu rəngi sevənlər neytral insanlardır.

Qəhvəyi rəng - torpaq rəngidir. Əfsanələrə görə, insan torpaqdan yaranıb və bir gün torpağa qayıdacaq. Yəni bəni-adəm torpşqalarına bağlıdır. Bu səbəbdən də qəhvəyi rəngi sevən insanlar binsanlara tez inanır və çox tez bağlanırlar. Özlərinə inanmırlar, amma sərbəstliyi çox sevirlər.

Hansı rəngi sevməyiniz və ya geyiminizdə, evinizin interiyerində istifadə etməyinizdən asılı olmayaraq Sizə al-əlvan rənglərdə olan parlaq ömur yolu arzu edirik.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check