saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Köməyə ehtiyaci olanlara yardim etmək.

ÇapE-poçt

Köməyə ehtiyaci olanlara yardim etmək.

İnsanlar həmişə iri qruplar şəklində birləşməyi yurd-yuva qurub,kəndlər,şəhərlər salmağı xoşlayırlar.Çünki,bu qədər böyük şəhərləri,buradakı binaları təklikdə heç kim tikə bilməz. Deməli biz birlikdə olanda güclü oluruq və birlikdə yaşadığımız dünyada insanlar bir-birinə həmişə mənəvi dayaq olmağa bir-birinin dərdini öyrənməyə can atır.Çünki bu insanın təbiətindən irəli gəlir. Bəzən kömək etmək anlayışını səhv başa düşürlər,məsələn riyaziyyatdan məsəlini həll edə bilməyən şagird dostundan ona kömək etməyi xahiş edir.O,isə dəftərini ona verib köçürməyi təklif edir.Bu isə doğru deyil.O,dostuna kömək etmir,əksinə ona pislik edir.Kömək etmək istəyən dost məsələnin həlli yolunu öyrətsə daha yaxşı olar.İnsanlarin bir-birinin köməyinə ehtiyacı olar.Lakin bütün köməklər qanunu ədəb və əxlaq çərçivəsində olmalıdır. Mən dostuma kömək edirəm deyib qanunu pozmaq olmaz.Lakin hər bir məsələdə kömək göstərmək düzgün deyil.Cinəyatkarlara cinayət törətməsi üçün kömək etməklə insan özüdə cinayətin iştirakçısı olur.Ona görədə kömək etmək və köməkdən imtina etmək lazım gəldiyini yaxşı bilmək vacib şərtdir.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check