saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Psixologiya ilə bağlı ən maraqlı faktlar

ÇapE-poçt

Biz adətən uşaqlıqda problemlərimizi həll edə bilmədiyimiz valideynlərimizə bənzəyən insanlara  aşiq oluruq. Onların özləri belə hiss etmədən biz bu problemləri onlarla həll etməyə çalışırıq.

Hətta həyatımızda baş verən universiteti bitirmək, ailə həyatı qurmaq və yeni iş tapmaq kimi müsbət hadisələr də insanlarda depressiyaya səbəb ola bilər.

Valideynlərin siqaretin zərərləri barədə uşaqla birbaşa söhbəti hər kəsin düşündüyündən daha az təsirlidir. Qaydalara görə, yeni siqaret çəkməyə başlayan yeniyetmələrin ətrafında böyüklərin siqaret çəkməsini təqlid edən dostları olur. Bu da onu göstərir ki, böyüklərin uşaqların gözü qarşısında siqaret çəkmələri elə birbaşa olaraq onların psixologiyasına təsir edir.

Psixologiyada belə bir prinsip var: Hər hansı bir hadisəni nə qədər böyük həvəslə gözləsəniz, bir o qədər çox məyus olmaq ehtimalınız var.

Daha çox gözlədikdə  bir o qədər az əldə edirsən, heç gözləmədikdə belə bir anda istədiklərin sənin olur. Bu prinsipdə hələ ki, istisnalar qeydə alınmayıb.

İnsanların əksəriyyəti tanımadıqları yerlərdə sağa tərəf istiqamətlənirlər. Bu faktı bilmək faydalıdır: əgər kütlə içərisində olmaq və uzun növbədə dayanmaq istəmirsinizsə cəsarətlə sol tərəfə gedin və sol tərəfdə olan növbədə dayanın.

Sevdiyiniz qıza nə hədiyyə alacağınızı bilmirsinizsə ona hədiyyə aldığınızı deyin. Beləliklə o, nə aldığınızı tapmaq üçün istədiyi bütün hədiyyələri sayacaq. Siz də bu hədiyyələrin içərisindən istədiyinizi seçə bilərsiniz.

Əgər gecələr sizi qorxulu yuxular narahat edirsə, deməli yatdığınız zaman sizə soyuqdur. Bu elmi faktdır – yatdığınız otaq soyuqdursa, qorxulu yuxu görmək şansınız bir o qədər çoxdur.

Ekspertlərin müşahidələrinə görə, mavi gözlü insanlar cəmi bir neçə dəqiqə ərzində aşiq ola bilərlər, qəhvəyi göz rənginə sahib insanlar isə eyni anda iki insanı sevə bilərlər. Yaşıl rəngli gözə sahib insanların isə aşiq olmaları üçün uzun zaman lazımdır. Bəzən buna illər tələb edilir. Digər növ gözlərə sahib insanlar isə cəmi bir saat ərzində aşiq ola bilərlər.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check