saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Xarakteri müəyyən edən test

ÇapE-poçt

Bu psixoloji test amerikalı psixoloqlar tərəfindən insan keyfiyyətlərini dərhal müəyyən etmək üçün tərtib olunub. Testin yaradıcıları iddia edir ki, şəkillərlə olan test xarakteri 90-95% müəyyən edir və insana həyatdakı müqəddəratını anlamağa kömək edir.

Özünüzü yaxşı tanımaq istəyirsiniz?

Daha çox xoşunuza gələn şəkli seçin.

Testin nəticəsi ilə aşağıda tanış ola biləsiniz

1. Dəlicəsinə optimist

Siz ehtiraslısınız. Sizə həqiqi sevgi lazımdır və siz narahatsınız ki, onu heç vaxt tapa bilməyəcəksiniz. Siz optimist və çox ürəyəyatan insansınız, amma sizin ürəyinizdə heç də az çapıq yoxdur. Siz anlayış və möhkəm insani münasibətlər axtarırsınız. Siz insanlar ilə ömürlük münasibət qurursunuz. İnsanların yanında özünüzü sadə, lakin dik tutmağa çalışırsınız. Həyat onsuz da qəliz məsələdir.

2. Stabil və qapalı

Siz stabilsiniz. Zahirdə siz bəxtəvər və xoşbəxt insansınız. Amma daxildə hər şey daha dolaşıqdır. Sizi oxumaq bir az çətindir və güman ki, siz qəsdən belə edirsiniz. Siz öz hisslərinizi nümayiş etdirməyi xoşlamırsınız. Siz kifayət qədər yetkinsiniz və insanlardan nəinki nə isə alır, həm də əvəzində verməyi bacarırsınız. Cəmiyyət sizin üçün vacibdir. Siz ehtiyacı olanlara yardım əli uzatmağı xoşlayırsınız.

3. Ram edilməz və gözlənilməz

Sizi saxlamaq mümkün deyil. Hərəkətləriniz də öncədən bəlli olmaz, siz dəlisov və hay-küylüsünüz. Siz ocaqdakı ən parlaq lampasınız. Həyatda siz heç vaxt dayanmayam mühərriksiniz. Siz ideya insanısınız. Siz bir az vəhşi və sürətlisiniz. Hadisələrin adi axarı və dəyişikliklər həmişə sizin daxilinizdə mübarizə aparır.

Siz heç nəyi mütləq və labüd olaraq qəbul etmirsiniz.

4. Müdrik və ünsiyyətcil

Siz müdriksiniz. Siz yaxşı bir kitabdan həzz ala bilirsiniz. Digərlərinin dünyasında dolaşmaq sizin xoşunuza gəlir. Siz dərindən düşünən və zirək insansınız. Siz yeni ideya və dəyişikliklərə açıqsınız. Siz mənəviyyatlı və dürüst insansınız. Sizin üçün ən vacibi özünüzə sadiq qalmaqdır. Siz ağıllısınız, geniş dünya görüşünə maliksiniz, olduqca müstəqilsiniz. Siz özünüzdəki çox şeylə fəxr edirsiniz, lakin bunu nümayiş etdirmirsiniz.

5. Müşayiətçi bəxtəvər

Siz mərhəmətlisiniz. Təvazökar, düşüncəli və xeyirxahsınız. Sizə perspektivlər lazımdır. Siz bu dünyaya bir az xeyirxahlıq gətirək istəyirsiniz. Siz inanırsınız ki, hər gün tam gücünlə çalışmaq lazımdır. Düzdür, bəlkə də dünyanı dəyişmək, onu kardinal şəkildə dəyişmək sizə müyəssər olmayacaq, amma heç şübhəsiz ki, siz insanların həyatını dəyişirsiniz. Bəxtiniz tez-tez gətirir.

6. Pozitiv

Siz nikbin və xoş insansınız. Sizin kimi optimist və günəşli insanla maraqlanmamaq mümkün deyil, siz ətrafdakı dünyaya aktiv şəkildə maraq göstərirsiniz. Siz öz dostlarınızdan çox da uzaq deyilsiniz. Siz hər bir anı sevinclə doldurmağa çalışır və çox nadir hallarda ruhdan düşürsünüz. Sizin əla yumor hissiniz var, hamı sizin zarafatlarınıza gülür. Siz həyatından zövq alan insanların diqqətini cəlb edirsiniz. Siz özünüzü sevinclə əhatə etməyi sevirsiniz.

7. Enerjili və uğurlu

Siz enerjilisiniz. Ətrafdakı insanlara elə gələ bilər ki, siz xaotik insansınız, amma bu sadəcə sizin dəliliyinizin ifadə etmə formasıdır. Siz eyni anda bir neçə kürəciklə gözəl jonqlyorluq edə bilərsiniz. Sözsüz ki, siz çox tapşırıqlı bir rejimdə işləməyi çox yaxşı bilirsiniz. Siz uğur qazanmaq hərisisiniz və həmişə öz arzularınızın arxasınca gedirsiniz. Siz məsuliyyətlə qərar qəbul edirsiniz. Sizin çiyinlərinizin üzərində açıq-aydın baş var.

8. Düzgün və xeyirxah ürəkli

Siz dürüst insansınız. İnsanlar sizin yanınızda ürəyini boşaldır, özünü rahat hiss edir. Siz təbiətən asan uyuşan insansınız. Siz əsl və səmimisiniz, hər bir insanın unikallığına qiymət verirsiniz. Siz həyatı sevirsiniz, hər şeydən razısınız. Siz sevəndə və gülümsəyəndə, deməli həqiqətən sizi gülmək tutur və ya sevinirsiniz. Dostlarınız sizin xeyirxah ürəyinizi seçir və bu sizin üçün ən yaxşı komplimentdir.

9. Xeyirxah və başa düşən

Siz xeyirxahsınız, siz həyata geniş baxırsınız. Siz başa düşənsiniz və bağışlamağı bacarırsınız. Siz sakit və səliqə-sahmanlı həyatı xoşlayırsınız. Əhatə və beyninizdə səs-küy sizin xoşunuza gəlmir. Siz rahatlığın nə olduğunu çox da bilmirsiniz. Sadəcə həyat haqqında düşünmək üçün asudə vaxtın olması sizin üçün əsl təmtəraqdır. Siz bunu çox dəyərləndirirsiniz.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check