Üz dərisi üçün maskalar
Cilddə olan qırışıqları önləmək üçün açağıdakı maskalardan istifadə edə bilərsiniz.
Xiyar və kökü sıxaraq suyunu çıxarın və qarışdırın. hər ikisinin miqdarı eyni olmalıdır.Pambıq vasıtəsilə üzünüzə çəkin. İyirmi dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
Yağlı və problemli dərilər üçün maska.
bir portağalı sıxın suyunu iki çay qaşığı nəmləndirici kremin içinə damla-damla tökərək qarışdırın. Yaxşı-yaxşı qarışdırdıqdan sonra əldə olan qarışımdan üzünüzə çəkin.On dəqiqə gğzləyin, sonra təmizləyin. Bu maskanı həftədə iki dəfə istifadə edə bilərsiniz.
< Əvvəlki | Növbəti > |
---|
14.01.11 13:16 ərzində olan dəyişikliklər Yazan elnar 14.01.11 13:07