saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Düzgün makiyaj

ÇapE-poçt

Oval üz: Üzünüzə daha dərin bir ifadə vermək üçün, ənliyi almacıq sümüyünüzdən qulağa doğru üfüqi şəkildə sürtün. Üzünüzü bucaqlı deyil, yumru göstərəcək bir makiyaj etməyə diqqət yetirməlisiniz.

Bucaqlı üz: Sərt görünüşlü xəttlərinizin, daha yumşaq görünməsini təmin etməlisiniz. Bunun üçün, sürtdüyünüz tünd rəng tonlaşdırıcı kremin (tonalniy) üzərinə, ortaya çıxmasını istədiyiniz yerlələri işıqlandıracaq, açıq rəng bir tonlaşdırıcı krem sürtün. Ənliyi, almacıq sümüyün üzərinə, yumru olaraq tətbiq edin.

Yumru üz: Etməyiniz lazım olan şey, çənə və almacıq sümüklərini diqqətə çarpmaqdır. Dəri rənginizə uyğun bir tonlaşdırıcı krem sürtün. Diqqətə çarpan olmasını istəmədiyiniz yerlərə tünd tonlaşdırıcı krem ilə kölgələmə edin. Ənliyi, almacıq sümüyünüzdən başlayıb, gözün xarici ucuna doğru, yanaq çuxurunda bir üçbucaq meydana gətirəcək şəkildə sürtün.

Üçbucaq üz: Əgər geniş bir alnınız varsa, çənə bölgəniz darsa, tonlaşdırıcı kremlə alın bölgənizi kölgələyərək daraldın. Diqqətə çarpan hala gətirmək istədiyiniz bölgələri, açıq rəng tonlaşdırıcı kremlə işıqlandırın. Ənliyi almacıq sümüyünüzün üzərindən, gözün uc hissəsinə doğru, ellips şəklində tətbiq edin. Əgər alın bölgəniz dar, çənə bölgəniz genişsə, alın bölgənizi ortaya çıxarın. Çənə bölgəsini, tünd rəng tonlaşdırıcı kremlə kölgələyərək, daha dar görünməsini təmin edin. Ənliyi almacıq sümüklərinizə yumru şəkildə tətbiq edin.

Kvadrat üz: Yumşaq bir ifadə üçün, dəri rənginizə uyğun bir tonlaşdırıcı krem sürtün. Üzünüzün üst hissəsində, 2 ton tünd tonlaşdırıcı krem , saç diblərindən gicgahlarınıza doğru, kölgələmə edin.

Uzun üz: Dəri rənginizə uyğun bir tonlaşdırıcı krem sürtün. Alın və çənə bölgəsini, üfüqi şəkildə, bədəninizdən 1-2 ton tünd rəng tonlaşdırıcı kremlə kölgələyin. Ənliyi almacıq sümüklərinizin altına sürtün.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check