saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Ayaqlara qulluq

ÇapE-poçt

Ayaqlara qulluq

Varikozdan (damar genişlənməsi) müdafiə Damarların genişlənməməsi üçün ayaqların əzələləri yaxşı formada olmalıdır. Onları bərkitmək üçün ən yaxşı vasitə gəzintidir. Gün ərzində, təxminən, 30 dəqiqə gəzinti ilə ayaqları varikozdan qorumaq olar. Rahat ayaqqabıda gəzmək məsləhətdir.

Dabanlı ayaqqabıda gəzinti əzələlərin həddindən artıq gərginləşməsinə və damarda qanın laxtalanmasına gətirir. Bəzi adamlarda varikoza qarşı irsi meyllilik var. Kapilyarlar üçün müntəzəm məşqlər xeyirlidir. Belə məşqlər çox yüngül olur və az vaxt aparır. Səhər tezdən oyananda yataqda dartının. Sonra kürəyi üstə uzanın, əllərinizi başınızın altına qoyub ayaqlarınızı uzadın və 1-2 dəqiqə pəncələrinizi gah sağ, gah da sol tərəfə döndərin. Sonra kürəyi üstə uzanın, əllərinizi və ayaqlarınızı qaldırıb havada 1-2 dəqiqə tərpədin. Sağlam pəncələr həmişə isti və çəhrayı rəngdə olur. Yorulmuş ayaqlara kömək edək Yorulmuş və şişmiş ayaqları buz ilə silmək olar. Yaxşı olar ki, o, sürvə yarpaqlarının, yaxud çobanyastığı güllərinin cövhərindən (şirəsindən) hazırlansın. Həmçinin, ardıc giləmeyvəsindən hazırlanmış vannalar da qəbul edə bilərsiniz. Belə vannalar ayaqların yorğunluğunu aparacaq. Pəncələrinizi ovuşdurun Pəncələrə qulluq etməklə siz bütün orqanizmin sağlamlığını yaxşılaşdıra bilərsiniz. Pəncədə orqanizmin müxtəlif orqanlarla bağlı olan nöqtələri yerləşir. Masajı xüsusi qaydada etmək məsləhətdir. Əvvəlcə pəncəni, sonra isə ayaq barmaqlarını iki əllə yaxşı-yaxşı ovxalayın. GÖZƏL AYAQLAR Manikürün xeyirindən və ziyanından danışmayacağıq. Hər fikrin öz əsası var. Belə hesab edək ki, bu, hər kəsin öz zövqündən asılıdır. Əgər pedikür edirsinizsə, onu da bilin ki, barmaqlar və dırnaqlar yaraşıqsız olan halda şəffaf və yaxud açıq rəngli lakdan istifadə etməyiniz məsləhətdir. Ayaqlarınız yaxşı qulluq olunmuş halda, barmaq və dırnaqlar isə qəşəng formada olanda parlaq lakdan istifadə edə bilərsiniz. Yaxşı olar ki, ayaq və əl dırnaqları eyni rəngdə olsun.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check