saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Yaraşıqlı görünüş,maskalar.

ÇapE-poçt

Yaraşıqlı görünüş,maskalar.

1- Qidalandırıcı maska - 2 çay qaşığı droj və 1ç/q badam yağını qatışdırırsan. Sonra isə üzərinə 2-3 damcı limon şirəsi əlavə edib, üzə çəkib 15-20 dəqiqə saxlayırsan.Sonra üz ilıq su ilə yuyulmalıdır.


2- Üzdə çillərə görə - Qerkules unu, çoban yastığı (dəmlənmiş suyu) qarışdılır.1həftədə 3 dəfə üzə çəkilib 15-20 dəqiqə saxlanılır. . Sonra üz ilıq su ilə yuyulmalıdır.

3- Üzdə qırışa varsa - 1x/q un (qerkules), 1 yumurta sarısı, 1x/q xama qarışdırılıb üzə çəkilir və 15-20 dəqiqə üzdə saxlanılır. Sonra isə ilıq su ilə

yuyulur.



4- Yağlı dəri üçün - 1x/q un, 1x/q xama, 1ç/q soda qarışdırılır. Üzə çəkilir 10 dəq saxlanılır. Sonra üz ilıq su ilə yuyulmalıdır.

5- Sifəti dartan krem - yarım limonun suyu və 1 yumurta ağı qarışdırılır. Üzə çəkilib 15 dəqiqə saxlanılır. Sonra isə ilıq su ilə yuyulur.



6- Ağardıcı maska - 2q bal və 4q un qarışdırılıb, üzə çəkilir.15-20dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyulur.

7- Çiy kartof maskası - Süzgəcdən keçirilmiş çiy kartof maskası əsasən quru və qabıq verən dərini yumşaldır, nəmləndirir və hamarlandırır.



8- Manna dənələri ilə üzün təmizlənməsi - Çənədə,burnun kənarlarında və alında olan qara nöqtələri aradan qaldırmaq üçün tez-tez səhər və axşam bu hissələri isladılmış manna dənəcikləri ilə silmək lazımdır.



9 - Banan maskası - dərinizi sevindirin.Axşamlar evdə olarkən 1dənə bananın 1 kiçik hissəciyini üzünüzə maska edin. Bu cür maska dərinizi sevindirəcək və ona "banan incəliyi" bəxş edəcək. Kiçik banan hissəciyini üzünüzə çəkin və ya onunla dərinizi masaj edin. Banan dərinizi qidalandıracaq və təmizləyəcək.15-20 dəq sonra üzünüzü əvvəlcə ilıq, sonra isə soyuq su ilə yuyun.Üzünüzü quruladıqdan sonra qidalandırıcı krem çəkin.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check