saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Permament qaş.Mütəxəssiz rəyi

ÇapE-poçt

 

Qadınların makiyajında qaşın quruluşu vacib yer tutur. Əvvəllər sadəcə qaş aldırmaqla qaşlara quruluş verilirdisə, indi bu, daha müasir üsullarla həyata keçirilir. Məsələn, bir neçə il əvvəl qaşları tatuaj etdirməklə ona qalıcı forma verilirdi. Sonrakı mərhələdə permanent qaşlar dəbə düşdü. İndi isə tədricən mikrobleydinq permanenti geridə qoyur. Bəs mikrobleydinq necə həyata keçirlir, permanentdən fərqi nədir?  Azərbaycanda ilk permanent mütəxəssisi Sevinc Rüstəmova  qaşlarda həyata keçirilən bu cür estetik prosedurlar haqqında danışıb

.mütəxəssis deyib ki, Azərbaycanda tatuaj qaşlardan sonrakı mərhələdə permanent aktual yer tutub və hələ də dəbdədir. Permanent təbii şəkildə qalıcı makiyaj kimi istifadə olunur. Qalıcılıq müddəti 1 ildən 2 ilə qədərdir. Son vaxtlar mikrobleydinqin də gündəmə gəldiyini deyən Sevinc xanım bu iki prosedur arasında fərq olduğunu vurğulayıb: "Mikrobleydinq kəsici alətlə dərini çərtərək həyata keçirilir və xüsusi alətlə boya qaşa yeridilir. Permanent isə xüsusi çox nazik uclu iynə ilə dəri altı həyata keçirilən rənglənmə prosesidir. Mikrobleydinqin permanentdən heç bir üstünlüyü yoxdur. Mən bir mütəxəssis kimi deyə bilərəm ki, permanent mikrobleydinqdən daha zərərsiz bir prosedurdur. Dərinin hüceyrələrinə toxunmadan, daha təbii üsulla həyata keçirilir. Mikrobleydinqdə isə dəri ülgüc şəklində, ucu çox incə 6D kəsici alətlə çərtilir. Bir neçə gündən sonra çərtilən yer bir az böyüyür və getdikcə istənilən nəticə alınır".



S. Rüstəmova mikrobleydinqin 4 dəfədən artıq edilməməsini məsləhət görür. O, həmçinin bu proseduru peşəkarlara həvalə edilməsinin vacib olduğunu qeyd edir. Çünki mikrobleydinq prosedurunda qan çıxır və istər-istəməz qaş zədələnir: "Bu proseduru həyata keçirən zaman qaşda dəri hüceyrələrinə toxunmaq olmaz. Qaşlarda tükün tökülməməsi, tükə zədə vurmamaq üçün mikrobleydinqin düzgün həyata keçirilməsi şərtdir. Çünki qaşlarda tükün tökülməsi, qaş və tükün zədələnməsində mikrobleydinqin böyük rolu var. 4 dəfədən artıq ediləndə isə dəri hüceyrələrində çapıq izi qala bilər".

Kosmetoloq qaşda çapıq halları ilə ona müraciət edən xanımların çox olduğunu da etiraf edir. Düzgün tətbiq edilməyən mikrobleydinqin nəticəsi olan çapıqları aparmaq və qaşa yenidən təbii görünüş vermək isə o qədər də asan deyil. Ona görə də Sevinc xanım müştərilərə permanent prosedurunu məsləhət görür: "Permanent ziyansız olduğu üçün daha çox ona önəm verirəm. Düzdür, hər iki proseduru həyata keçirirəm. Amma bir mütəxəssis kimi dəri hüceyrəsini zədələməmək üçün mikrobleydinqi yox, permanenti tövsiyə edirəm".

İstər permanent, istərsə də mikrobleydinqin həyata keçirildiyi alətlər steril vəziyyətdə və birdəfəlik istifadə üçün nəzərdə tutulanlar olmalıdır. Bundan sonrakı mərhələdə isə qadının üz görünüşünə uyğun qaşa forma vermək və boyanın rəng seçimi əhəmiyyətlidir. Bu işdə qaşların təbii görünməsi vacib şərtdir. Qaşların formasının üzün quruluşuna uyğun seçilməməsi və boya seçiminin dəri rənginə uyğun olmaması uğursuz nəticəyə səbəb olur: "Elə insanlar var gəlib deyirlər ki, qaşımın yarısını kəs, göyə qaldır. Bu, qəti düzgün deyil. Onu  başa salırıq ki, sizin istəyiniz düzgün deyil. Çünki insanın öz qaşına uyğun təbii şəkildə forma verilməlidir. Biz başqa qaş yarada bilmərik. Qaşlar insana yaraşmalıdır. Üzə uyğun qaş forması təyin edildikdən sonra prosedura başlayırıq. Qaşlardakı tüklər qətiyyən qırxılmır, kəsilmir. Proses mövcud tüklərin altında tətbiq edilir".

Hər iki prosedurda boya qaşlarda 1-2 il qala bilər. Boyanın qaşlarda qalma davamiyyəti dərinin yağlılığı və quruluğundan asılıdır. Yağlı dəridə boya quru dəriyə nisbətən tez sola bilər. Yağlı dərilərdə boya 7-8 ay, quru dəridə 2 il də qala bilər. Bu işdə boyaların tərkibi də önəmlidir: "Tam təbii boyalardan istifadə olunur, İtaliyadan sifarişlə gətiririk. İstər mikrobleydinq, istər permanentdə boya təbii olmalıdır ki, əks təsir baş verməsin, kimyəvi reaksiyaya səbəb olmasın. Kimyəvi maddə qatqısı olan boyalar istifadə etdikdə qaşda tökülmələr olur, sızaq əmələ gəlir, sağalmır. Boyalar isə bitkilərdən hazırlanır və heç bir kimyəvi qatqısı olmur. Təbii ki, prosedurlardan sonra qaşlarda tük çıxır və artıq tüklər ənənəvi qaşalma ilə aradan qaldırılır".


Mütəxəssis bu prosedurların xərçəng yaratma ehtimalı olub-olmaması məsələsinə də toxunub: "Biz Türkiyədə olarkən bu mövzuda müzakirələr aparıldı. Əgər düzgün boyalardan istifadə olunmasa, mikrobleydinqin xərçəngə səbəb olma ehtimal var. Bəzən İran, Çin istehsalı olan boyalarından da istifadə edilir. Çox ucuz qiymətlərə satılır, 5 manatdan 40 manatadək. Həmin ucuz boyalardan istifadə etdikdə fəsadlar yarana bilər. Çünki ucuz boyanın tərkibində bədənə zərərli kimyəvi qatqılar olur".

Keyfiyyətli boyanın qiyməti isə 180 manat civarındadır. Permanent prosesi çox bahalı apart, iynə və boyalarla həyata keçirildiyi üçün prosedur 200-240  manata başa gəlir. Mikrobleydinq üçün isə 50-200 manat xərcləmək olar: "Xanımlar daha çox premanentlə bağlı müraciət edirlər. Çünki ağrısız, qansız prosedurdur. Gün ərzində 10-15 müştəri olursa, onlardan ikisi mikrobleydinq istəyə bilər. Bu halda mən hər iki prosedurun fərqini izah edirəm, müştəri hansını istəyirsə, onu edirik".

Mikrobleydinq və permanentlə yanaşı xanımlar son vaxtlar gözlərə getməyən sürmə və kirpik qaynağı da tətbiq edirlər. Qalıcı olan bu üsul daimi makiyaj effekti verir: "Sürmə də permanentin bir növüdür. Çox insan bunu keçmişdə tatu ilə edib. Lakin tatunun da fəsadları olur. Məsələn, göz layneri çəkib amma yayılıb, gözün üstü göyərib və ya boya dərinin altına yayılıb. Nəticədə isə çox səliqəsiz görünüş ortaya çıxıb. Amma permanentdə bu fəsadlara rast gəlinmir".

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check