saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Layner neçə çəkilməlidir?

ÇapE-poçt

 

Qadınlarının çoxunun istifadəsində çətinlik çəkdiyi laynerin necə vurulması haqqında geniş və faydalı məlumatlar əldə etmişik.


Layner çəkməyin ən praktik və asan yollarını sizin üçün bir araya gətirdik.
Bu günə qədər tətbiq etməyə çalışdığınız bütün üsulları yaddan çıxarın. Layner çəkmək bu addımlarla artıq daha asan olacaq!
"Gözümə layner çəkməyə çətinlik çəkirəm, heç cür istədiyim pişik gözü makiyajını çəkə bilmirəm" deyirsinizsə, bu yazım tam sizə görədir! Layner çəkməyin ən praktik və asan yollarını sizin üçün bir araya gətirdim.

Əvvəl qələm istifadə edin.

Maye göz layneri istifadə edəndə çətinlik çəkirsinizsə, işə ilk olaraq qələm formalı layner ilə başlayın. Maye göz layneri istifadə etməzdən əvvəl gözünüzün üstünə qələmlə incə bir xətt çəkin. Ardından maye layneri tətbiq edin. Bu üsulla əyri xətlər və axıntı olmadan asanlıqla göz layneri xəttinizi yarada bilərsiz.

Qələminizin ucunu nazikləşdirin.
Maye layner yerinə qələm formalı olanları seçirsinizsə, qələmin uc qisiminin nazik olmasına diqqət edin. Nazik toxumalı layner maddələri belə zamanla sərtləşə bilər. Bunun üçün göz layneri sürməzdən əvvəl qələminizin ucunu fen ilə 2-4 saniyə qədər istilədin. Bu üsulla göz qapağınızda daha asan xəttlər yarada biləcəyinizi görəcəksiniz.

Quyruq çəkmək üçün kartdan istifadə edin.
Layner ilə düz bir xətt çəkməyə öyrəşmək bir çoxumuz üçün, həqiqətən, çox çətin ola bilir. Layner ilə qüsursuz xətlər çəkmək və pişik gözü makiyajı etmək istəyirsinizsə, bunun üçün hər hansı bir kart və ya qalın bir kağız parçasından faydalana bilərsiniz. Kartı gözünüzün və kirpiklərinizin bitdiyi nöqtəyə qoyun və qələm ya da maye göz layneri ilə quyruq yaradın. Ardından kartı göz qapağınızın orta nöqtəsinə qoyun və düz bir xətt çəkib etdiyiniz quyruqla birləşdirin.

Gözün bitən hissəsindən başlayın.
Qüsursuz bir göz layneri xətti üçün işə gözünüzün bitən hissəsindən başlayın. Əgər göz qapağınızın başlanğıc nöqtəsindən layner çəkməyə başlasanız, qalınlıq və incəlik miqdarına nəzarət edə bilməyəcəksiz. Bitən qismindən başladığınızda istədiyiniz uzunluqda quyruq çəkməyiniz də daha asan olacaq.

Tuşu göz layneri kimi istifadə edin.

Makiyajınızı tez etdiniz və son anda göz layneri çəkməzdən əvvəl tuşdan istifadə etdiyinizi gördünüz. Makiyajınızı silmək və yenidən çəkmək üçün kifayət qədər vaxtınız da yoxdur... Bu vəziyyətdə tuşun möcüzə gücündən istifadə edə bilərsiniz. Tuşu göz qapağınıza yaxınlaşdıraraq sürün və kirpik diblərinizə ətrafına bulaşan tuşu bir fırça köməyiylə çox yaymadan hamarlayın.

Süngər yerinə fırçadan istifadə edin.

Qələm şəklindəki bəzi laynerlərin arxa qisimində dumanlı göz makiyajı etmək və ya göz layneri xəttinizi yüngül yaymaq üçün köməkçi süngər olur. Ancaq bu cür laynerlər sizə istədiyiniz təsiri verməz. Bunun yerinə layner üçün xüsusi hazırlanan paylayıcı fırçalardan istifadə edin və mükəmməl bir nəticəyə sahib olun.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check