saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Quru dəri necə təmizlənməlidir?

ÇapE-poçt

 

Quru dəridə qırışların tez əmələ gəlməsini və belə dərinin tez qocalmağa meyilli olduğunu hamımız bilirik. Amma bu prosesin qarşısının alınmasının mümkünlüyündən çoxumuz xəbərsizik.İndise biz sizə dəridə quruluğu aradan götürən bir-neçə təmizləyici maska tərifini təqdim edəcəyik.

1. Su ilə südü 1/1 nisbətdə qarışdırıb gündə 1 dəfə üz silinərsə dəridə olan quruluq tədricən aradan qalxar.

2. Gündə 1 dəfə yağlı smetan üzə çəkilib 20 dəqiqə saxlanılıb ilıq su ilə yuyularsa dəridəki quruluq aradan qalxar.

3. Dərini təmizləmək üçün xüsusi maska hazırlamaq lazımdır. Bunun üçün 100 qram qaymağın içinə 15 damcı limon şirəsi və 1 çay qaşığı araq əlavə edib qarışdırmaq lazımdır. Bu qarışıq quru dərini yaxşı təmizləməklə yanaşı, qırışıqları azaldır, dərini təravətləndirir.

4. Üzün dərisini buğda kəpəyindən hazırlanmış dəmləmə ilə silmək lazımdır. Bu dəmləməni hazırlamaq üçün 1 litr qaynar suyun üzərinə 2 xörək qaşığı buğda kəpəyi əlavə edib, 20 dəqiqə dəmləndikdən sonra tənzifdən süzüb istifadə etmək lazımdır.
5. 1 litr suya 1 çay qaşığı kraxmal töküb bişirmək və həmin su ilə üzü yumaq lazımdır.
6. Həftədə 1 dəfə yumurta sarısı qatılmış mayonezlə üzün dərisini silmək, quru dərini yumşaldan ən yaxşı vasitələrdən biridir.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check