saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Soyuq havada üz dərisinə qulluq

ÇapE-poçt

Soyuq aylarda dəriyə xüsusi qulluq lazımdır. Soyuqdan ən çox təsirlənən  açıq qalan üz dərisi olur. Soyuq fəsildə dəri yaydakı parlaqlığını və canlılığını itirir. Küləyin təsirindən cild quruyur, özünü müdafiə etmək qabiliyyətini itirir. Qışda üzə qulluq yaydan tamamilə fərqlidir. Ev şəraitində bir necə kiçik sirrə əməl etməklə, dəriyə yenidən nəm və gözəl görüntü qazandırmaq isə elə də çətin deyil. Evdə üzə qulluq üçün ən yaxşı vasitə zeytun yağıdır.

Bu yağ həm daxili, həmdə xarici sağlamlıq üçün əvəzedilməz vasitədir. Həftədə bir dəfə 1 qaşıq zeytun yağı və bir yumurtanı qarışdıraraq maska hazırlayın. Yaxşıca qarışdırılmış maskanı 20 dəqiqə üzdə saxlayın və ilıq su ilə yuyun. Bu maska ilə daha parlaq və az qırışmış üzə sahib olmanızı asanlaşacaq. Dərini təmizləmək üçün yerkökünü zeytun yağı ilə, nəmləndirmək üçün isə yağ ilə lmonu qarışdıraraq üzə sürtə bilərsiniz. Qış günlərində dərinin ən yaxın dostlarından biri də kartofdur. Kartofu yuyun və soyun. Onu dilimləyərək gözlərin üzərinə qoyun və 30 dəqiqə saxlayın. Soyuq su ilə üzünüzü yuyun. Gündə iki dəfə bunu etsəniz, bir həftə sonra göz altındakı tünd halqaların necə yox olduğunu öz gözlərinizlə görəcəksiniz.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check