saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Təbii maskalar

ÇapE-poçt

Təbii maskalar

Çiyələk maskası, Badımcan maskası, Ərik maskası, Qerkules maskası Yağlı cildi olanlar üçün.

Çiyələk maskası

Bir ovuc dolusu çiyələyi şüşə kasanın içində çəngəl vasitəsilə pure halına düşənə qədər əzirik və üzümüzə çəkirik. əgər quru cildiniz varsa bunun içərisinə bir neçə damla badam yağı qata bilərsiniz. 10 dəqiqə üzdə qaldıqdan sonar yuya bilərsiniz. Çiyələk cildimiz üçün çox faydalıdır.

Badımcan maskası

Dilimlənmiş iki badımcan iki stəkan suda qaynadılır. Buna bir diş sarımsaq əlavə olunur. Sıyıq halına salınır. Buna qaymaq qataraq krem şəklinə salınır. Bu qarışım iki ay boyunca hər gün istifadə olunarsa cilddə olan mikropları məhv edir və cildimiz saf və təmiz bir görüntü əldə edir.

Ərik maskası

Üç dəfnə yarpağı, bir çimdik darçın ərik suyunda bişirilir. Bir yumurta və yarım stəkan süd qarışdırılaraq krem halına gətirilir . Üzdəki sivilcələr üçün çox yararlıdır.

Qerkules maskası Yağlı cildi olanlar üçün.

Qerkulesi suda bişirin sonar suyunu süzün və qalan qerkulesləri yaxşıca əzin. Üzünüzə çəkin. 15 dəqiqə sonar yuyun.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check