saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Əllərə qulluq

ÇapE-poçt

Əllərə qulluq

1. Xörək hazırlayarkən çatlamış əllərinizə işarası xiyar , pomidor ,
kartof püresi çəkməyi , kartof bişirilmiş suda əllərinizi yaxalamağı unutmayın.

2. Əlləriniz çox kobudlaşmış , dırnaqlarınız sınmışsa , qızdırılmış günəbaxan
yağında 10-15 dəqiqə saxlayın .Sonra əllərinizi yumayın əski ilə silin

3. Əgər əllərinizdə ziyil əmələ gəlmişsə gündə 4- dəfə zəncirotu , təzə kartof ,
sarımsaq çəkin.Xalq təbabətində ziyilin üstünə külləmə soğan qoymaq məsləhət görülür.
Ziyili kəsmək və zədələmək olmaz . Yaxşı olarki həkimə müraciət edəsiniz.

4. Əgər əllərinizi çirkləndirəcək bir iş görəcəksinizsə , onda dırnaqlarınızla sabunu qaşıyın ,
dırnaqların altı sabunla dolsun .İşdən sonra əllərinizi yuyun və sabunu şotka ilə təmizləyin.

5. Əllər ağarsın deyə , onları boraks ya da sirkə tökülmüş ilıq suda saxlamaq lazımdır .
Qədim xalq təbabətinə görə çiy süd və ya limon şirəsi qatılmış su ilə vanna etmək yaxşı kömək edir.

6. Daha bir məsləhət : Sıxılmış limonu atmamışdan əvvəl onu əllərinizə çəkin .
Turşuya qoyulmuş xiyarın suyunda əllərinizi vanna edin.

7. Əgər işinizlə əlaqədar olaraq əllərinizdən ağ neft ,naftalin , balıq yağı və s iyi gəlirsə ,
onda əllərinizi adicə sabunla yumaqdan başqa onları quru xardal tökülmüş su ilə silin , sonra da adi su ilə yuyun.

8. Yağlı boyanı əllərdən hər hansı həlledici (aseton) ilə silirlər. Bu olmasa onda paltar
yuyan tozdan istifadə edin və sonra mütləq sirkə ,
ya da limon turşusu tökülmüş su ilə yaxalayıb yenə də adi su ilə yuyun.

9. Əllərə düşmüş mürəkkəb ləkəsini naşatır spirti , odekolon ya da spirtlə silin.

10. Təzə əmələ gəlmiş döyənəyə 8 gün ərzində sirkədə isladılmış yumuşaq çörək
qoyub kompres etsəniz keçər. Kompresi bütün gecə saxlamaq lazımdır.

11. Ətə batmış dırnağı kəsmək üçün onun xaricə çıxmasına şərait yaratmaq lazımdır .
Bunun üçün dırnağın altına rivanolda , 5 – 10% - li sintomisin emulsiyasında
isladılmış tənzif parçası , ya da pambıqdan düzəlmiş piltə qoymaq olar.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check