saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Saç tökülməsinə qarşı maskalar

ÇapE-poçt

Saç tökülməsinə qarşı maskalar

Saç tökülməsi bu gün bir çox insanın, xüsusilə qadınların üzləşdiyi əsas problemlərdən biridir. Saç tökülməsinə bir sıra amillər səbəb ola bilər. Tökülmə irsi, qan azlığı, xəstəlik, stress, göbələk infeksiyaları və sairə ilə bağlı ola bilər.

1 ədəd quru soğanı əzin, 1 ədəd yumurtanın sarısı ilə qarışdırın. Hazırlanan məhlul saçın dibinə sürtülür. Daha sonra saçlar sellofan torba və dəsmalla bağlanır. Maska saçlarda 1-1,5 saat qalmalıdır. Saçlar ilıq su ilə yuyulur.
3 soğan xırda-xırda doğranır. Daha sonra çəngəl ilə suyu çıxana kimi əzilərək püre halına salınır. Saçın dibinə sürtülərək 1-2 saat saxlandıqdan sonra yuyulur.
Ballı maska
2 xörək qaşığı doğranmış soğan, 2 xörək qaşığı bal və 1 yumurta sarısı qarışdırılır. Saça sürtülən maska 1-2 saat saxlanılır.
Sarımsaq maskası
1 xörək qaşığı bal, 1 baş sarımsaq, 1 qaşıq aloe suyu, 1 yumurta sarısı yaxşı-yaxşı qarışdırılır. Təcili istifadə edilməyəcəksə, yumurta əlavə edilmədən bir neçə gün soyuducuda saxlamaq olar. Maskadan əvvəl saçlar yuyulur. Daha sonra məhlul saça çəkilir. 30 dəqiqə saxlayandan sonra ilıq su ilə yaxalanır.
Maya maskası
1 stəkan ilıq suya 4 yemək qaşığı maya əlavə edilib əridilir. Saç diblərinə masaj edərək yediridilir. Saçlar dəsmalla bükülür və 1 saat gözlədilir. Maya xəmiri qabartdığı kimi saçları da gurlaşdırır. Həftədə 2 dəfə etmək məsləhətdir.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check