saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Gənc qalmaq üçün

ÇapE-poçt

Gənc qalmaq üçün
Qocalmanın qarşısını almaq üçün müxtəlif metodlar araşdırırlar.

Mütəxəssislər “Super yeməklər” olaraq adlandırılan 14 qida məhsulunu qocalmanın
qarşısının alınmasının dərmanı olaraq göstərir.
Bu yeməklərdən həftədə ən azı 4 dəfə istifadə olunması təklif edilir.


ƏN GÖZƏL NEYMƏTLƏRDƏN 14-Ü.

 


Gül kələmi: Yaşlanmağı gecikdirən bitkilərin önündə durur. Toksinlərin
meydana gəlməsinə maneə törədir. Bədəndəki hüceyrələrin
zərər görməsini yavaşladır. Xərçəngə qarşı da qoruyucudur.


Portağal: Dinamizmin qaynağıdır.
Damar tıxanmasının qarşısını alır. Bədəndəki müqaviməti artırır.

Yulaf: Xolesterol azaldıcı xüsusiyyəti var.
Həzmi sürətləndirdiyi üçün də pəhriz reseptlərində seçilir.

Pomidor: Xərçəng önləyici antioksidan ehtiva edir.
Qadınlarda süd vəzi və yumurtalıq xərçəngi riskini azaldır.
İnfarkt riskini də azaldan xüsusiyyəti var.

Som balığı: Bir boşqab som balığı 19 qram zülal və Omeqa-3 ehtiva edir.
Omeqa-3 infarkt riskini azaldaraq, qan təzyiqini nəzarətdə saxlayır.

Yaşıl noxud: Zülal, lif və nişasta baxımından zəngin qidadır. Yaşıl noxud bədənə
enerji verir və bədəni qüvvətləndirir. Əzələlərin inkişafına və yenilənməsinə
kömək edir. Qan xərçənginə qarşı qoruyucudur. Qaraciyərin işini nizamlayır.

Qoz: Yüksək xolesterolu salan qoz damar tıxanması və
şəkər xəstəliyinin müalicəsinə köməkçi olur.
Ehtiva etdiyi dəmir sayəsində qan azlığına yaxşı təsir göstərir.

Böyürtkən: Yaşlılıqdan qaynaqlanan yaddaş itkisinin qarşısını alır.
Bundan başqa, gözəllik qaynağı kimi də bilinir.

Qatıq: Zəngin qida dəyəri sayəsində immunitet sistemini gücləndirər,
bu xüsusiyyəti səbəbiylə bədəni xərçəngdən qoruyur. Bədəndə öz-özünə həzm
edilən tək qida qatıqdır. Vərəm xəstəliyinə qarşı təbii bir antibiotik təsiri göstərir.

Balqabaq: Bir kiçik qab balqabaq, gündəlik beta-karoten ehtiyacının 25 faizini,
C vitamini ehtiyacının yüzdə 10-unu qarşılayır və yaxşı miqdarda kalium
ehtiva edir. Ayrıca yaxşı bir lif qaynağıdır. Beta-karoten,
bir çox xərçəng növünün qarşısını almağa köməkçi ola bilər.

Soya paxlası: 453 qramlıq soya ununda 31 yumurtanın, 6 böyük şüşə südün
və ya 900 qramlıq sümüksüz ətin ehtiva etdiyi qədər zülal olduğu müəyyənləşib.

Hind toyuğu: 125 qramı bədənin gündəlik fol turşusu ehtiyacını qarşılayır.
Fol turşusu qan hüceyrələrinin yenilənməsinə yardımçı olur.

İspanaq: Antioksidan xüsusiyyət daşıyan A vitamininə çevrilən
beta-karoten ehtiva edir. Sağlam gözlər üçün lazımlıdır.

Çay: Gündə 2 stəkan içilən çayla, 4 alma, 5 soğan, 7 portağal yemiş kimi
ürək dostu antioksidan maddə almış olarsınız.
Xüsusilə uşaqların həftədə ən az 6 stəkan südlü çay içməsi təklif edilir.


Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check