saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

8 güne 7 kq arıqlamaq

ÇapE-poçt

8 güne 7 kq arıqlamaq

Kremli pəhriz:
Pəhrizin özəlliyi yemək rasionunun özün tərəfindən təyin olunmasındadır. Pəhriz zamanı un məmulatlarından, şəkərdən, şirniyyatdan, kartofdan, meyvə və şirələrdən uzaq durmaq lazımdır. Çünki bu ərzaqlarda karbohidrat çoxdur. Başqa pəhrizlər vasitəsi ilə ilk günlər asanlıqla arıqlasanız da, sonralar köhnə piyləri əritmək çətin olur. Karbohidratlarsa əsas piylərin yaranma mənbəyidir və o, orqanizmi gec tərk edir. Ona görə də bu pəhrizlə bədənə daxil olan karbohidratları azaltmaq, zülalların qəbulunu artırmaq lazımdır. Hətta orqanizmə daxil olan yağlar da pəhriz zamanı asanlıqla sovrulur. Lakin bu ərəfədə heyvan mənşəli yağlardan uzaq durmaq məsləhətdir.

Pəhrizin qaydası:
Bu ərəfədə yediyiniz ərzaqların kalorisini yox, gündəlik xalını hesablamalısınız.
* 40 xal - arıqlamaq üçün 
* 40-60 xal – çəkini normada saxlamaq üçün 
* 60 xal və daha artıq – kökəlmə baş verir.
Diqqət! 
Ürək- damar sistemində problemi olan, böyrək və xroniki xəstəliklərdən əziyyət çəkən, həkim nəzarətində olan xəstələrə  bu pəhrizə əməl etmək qadağandır. Qeyd edək ki, 2 həftədən sonra pəhrizə ara vermək lazımdır. Çünki bədənə daxil olan zülal böyrəkləri sıradan çıxara bilər.
100 qr. və ya 1 ədəd Xal
Suda bişmiş mal əti 0
Bitki yağı - 0 
Mayonez - 0
Bulyon - 0 
Mineral su - 0 
Şəkərsiz kofe və ya çay - 0 
Yumurta (1 ədəd) - 0,5 
Kolbasa, sosiska, vetçina - 1 
Pendir (növündən asılı olaraq) - 0,5 - 2 
Balıq - 6
Pomidor (1 ədəd) - 6 
Bolqar bibəri (1 ədəd) - 9 
Bişmiş kələm - 9 
Şorba (tərkibindən asılı olaraq) - 12 - 16 
Alma (1 ədəd) - 18 
Suda bişmiş kartof (1 ədəd) - 23 
Bal - 24 
Armud (1 ədəd) - 25 
Qara çörək - 40 
Düyü - 40 
Makaron - 40 
Manna yarması - 40 
Ağ çörək - 48
Kremli tort - 62 
Qaymaqlı dondurma - 70 

Axşam saat 6-dan sonra yemək adamı niyə kökəldir? 
Axşam saat 6-dan sonra yeməməklə arıqlamaq olar. Amma bəzən bu prinsip gözlənilən nəticəni vermir. Çünki insanların həyat tərzi və orqanizmin bioritmi müxtəlifdir. Bu sistemi yuxudan tez oyanan insanların orqanizmi daha yaxşı qəbul edir. Belə insanlar yuxudan səhər 6-da oyanıb, günlərini aktiv keçirib, 18:00-da şam edib, 1-2 saatdan sonra yatırlar. Beləcə, orqanizm aktiv işləyib, gün ərzində qəbul olunan qidanı rahat həzm edir. Gec yatıb, gec oyanan insan ücünsə bu sistem işə yaramır. 
Gec yatan insanın rejimi:
-O, səhər idmanını sevmir. İdmandan sonra özünü yorğun və halsız hiss edir.
-Səhərlər iştahası olmur. Amma buna baxmayaraq, səhər doyunca yeyib, işə yollanır,məktəbə gedir. Çünki düşünür ki, onsuz da axşam yeməyəcək. 
-Arıqlamaq üçün pəhriz saxlayır. Amma pəhrizin ilk yeməyi doyumlu olur. 
Nəticə: 
Yuxudan doymayan orqanizm qidanı pis həzm edir. Ona görə də qidanın bir hissəsi əsas piylərə çevrilir. Gec yatan insan gün ərzində naharsız qalıb, axşam 6-dan sonra evə qayıdır. Axşamsa arıqlamaq məqsədilə yemir. Səhər isə onun orqanizmi tez yatıb, yuxudan tez oyanan insanın orqanizmi kimi çalışır. Lakin aktiv yeməyə öyrəşən mədə ertəsi gün canavar aclığı hiss edir və daha çox yemək tələb edir. Mədə şirəsini ifraz edir. Qida mədəyə daxil olmadıqda isə mədə xorası əmələ gəlir. Ona görə də arıqlamaq həvəsində olan insanlar gündüz yeməklərinin miqdarını tədricən azaltmalıdırlar. Yatmazdan 4-5 saat əvvəl yeməyinizi rahat yeyin. Əgər gec yatacaqsınızsa, axşam saat 6-da yeməkdən çəkinməyin.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check