saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Pəhrizsiz arıqlamağın 10 yolu.

ÇapE-poçt

Pəhrizsiz arıqlamağın 10 yolu

Pəhrizsiz arıqlamağın 10 yolu.

Arıqlamaq,gözəl formada qalmaq,lakin gününzü pəhrizlə keçirmək istəmirsiniz?Bu təklif sizin üçündür..
Pəhriz etmədən formada qalmaq istəyənlər üçün 10 ideal yol təklif edir.Özünüzü məhrum etməyin.Ürəyiniz istəyən şeylərdən tamamilə əl çəkməyin. Amma çalışın bəzi şeyləri, xüsusilə şokolad, şiniyyatı bir ədəd yeməklə kifayətlənin.

Yuxusuz qalmayın.Metabolizmanın sürətlənməsi üçün yuxunun böyük payı var.İdman imkanını qaçırmayın.Hər imkanda idman hərəkəti edin.Məsələn,lift yerinə pilləkən, maşın yerinə piyada gəzməyi seçin.Duyğuları yeməyə qatmayın.

Xüsusilə qadınlar duyğularını yeməyə qatmağı sevirlər. Bəziləri kədərlənəndə, bəziləri isə sevinəndə yemək yeyir. Çalışın bu hissləri meyvə ilə ötürün. 
Yaşıllıq 
Yeməkdən öncə salat yeyin. Boşqabınıza salatı çox qoyun ki, isti yemək üçün mədənizdə yer az qalsın. 
Səhər yeməyi
Səhər yeməyi həm pəhriz, həm də sağlamlıq üçün çox vacibdir. Səhər yediyiniz bütün gününüzə təsir edir. 
Tərəzidən qaçmayın.

Qadınlar gerçəklərdən qorxduqları üçün tərəzilərdən qaçmağa başlayırlar. Amma bu, sizi arıqlatmayacaq. Gerçəkliklə üzləşmək və dəyişiklik görən kimi bir an öncə hərəkətə keçmək lazımdır. 
Kompleksiz olun. 
Arıq olmaq həmişə sağlam olmaq deyil.Artıq kilolarınıza görə, özünüzə qapanmayın və özünüzü olduğu kimi sevin. 
Dolana qədər yox, doyana qədər.Yavaş-yavaş yemək doymaq hissini anlamağınıza yardım edə bilər. Tez-tez yeyəndə həm dayanmaq, həm də toxluq hissini hiss etmək çətinləşir. 
Seçici olun. 
Ən zəngin süfrədə olsanız belə, boşqabınızı hər şeylə doldurmayın. Hər şeydən az-az yeməyə çalışın.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check