saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Kiçik məsləhətlər

ÇapE-poçt

Kiçik məsləhətlər

Qoxudan necə qurtulmalı?
Qida məhsulları saxlanan mətbəx dolablarında xoşagəlməz qoxudan qurtulmaq üçün oraya ovulmuş kömür qoyun. Kömür bütün kənar iyləri özünə çəkir, arabir kömürü dəyişmək lazımdır.
Eyni zamanda, şkafa kağızda üyüdülmüş kofe qoysanız, pis qoxu aradan qalxacaq.

Çörəkqabındakı spesifik iyi yox etmək üçün qabı sirkə ilə isladılmış əsgi ilə silmək, sonra isə qurulamaq lazımdır.
Metal qutudakı xoşagəlməz iy bir neçə kibrit yandırdıqdan sonra aradan qalxır.
Əgər yuyulan qablarınız balıq, sarımsaq iyi verirsə, onları sirkəli isti su ilə yumaq məsləhətdir (2 litr suya 2 xörəkqaşığı sirkə). Qabdan gələn soğan iyini aradan qaldırmaq üçün isə onun dibinə 2-3 xörəkqaşığı sirkə töküb, ocağın üzərində 2-3 dəqiqə qaynatmaq lazımdır.
Sonra isə qabyuyan vasitə ilə yuyun.
Bıçaqdan soğan iyini aparmaq lazım olduqda, bıçağı bitki yağı ilə silin.

İşini asanlaşdır
Bişən zaman südün daşmaması üçün qazanın kənarlarını yağlamaq lazımdır. Südün üstündə qatı məhlul yaranmasın deyə, onu durmadan qarışdırmaq məsləhətdir. 
Ciyərin üstündəki nazik pÿrdÿni asan çıxarmaq üçün, 1 dəqiqəliyə isti suya salmaq lazımdır. Ciyəri 2-3 saat soyuq süddə saxlasanız, o daha dadlı olacaq.
Sosiskanı bişirəndə qırılmasın deyə, onu duzlu soyuq suya salmaq və qaynayıncaya qədər bişirmək lazımdır. Qaynatmaq isə məsləhət deyil.



Qarışqa mətbəxin düşmənidir, xüsusilə də şirniyyatın. Mətbəxini sevənlər üçün faydalı məsləhət:
mürəbbə, bal və qəndi qarışqalardan qorumaq üçün qabın kənarlarına bitki yağı sürtün.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check