saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Basdırma Kababı

ÇapE-poçt

Basdırma Kababı

Ərzaqlar:

300 qram mal əti 
1 baş soğan (yarısı basdırma üçün)
15 qram nar, yaxud 10 qr üzüm sirkəsi
5 qram kərə yağı
10 qram cəfəri
istiot və duz

Hazırlanması:
Basdırma kabab üçün mal əti təxminən 35–40 qramlıq tikələrə doğranılır və sonra emallı qaba qoyulub içinə doğranmış soğan, duz, döyülmüş istiot, üzüm sirkəsi, yaxud nar qatılaraq hamısı birlikdə qarışdırılır və 3–4 saat ərzində soyuq yerdə saxlanılır.
Lazım gəldikdə ət tikələri şişə taxılır və soğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir. Kababın tamı daha xoş olsun deyə onu bişirməzdən əvvəl kərə yağına salıb çıxarmaq məsləhət görülür. Kabab bişirilib süfrəyə veriləndə yanına qarnir əvəzinə soğan, limon, yaxud şişdə bişmiş pomidor, sumaq, döyülmüş istiot və duz qoyulur.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check