saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Pizzanın hazırlanması

ÇapE-poçt

Pizzanın hazırlanması

Tərkibi:
Əla növ un 400 qr
Yaş maya 20-25 qr və ya quru maya 10 qr
Zeytun yağı. 6-8 yemək qaşığı su.
Narın xörək duzu.
Hazırlanması:
Un ələkdən keçirilir.

Əvvəlcədən ilıq suda isladılmış maya una qatılır,duz,su əlavə edilib yumşaq xəmir yoğrulur.

Daha sonra xəmir masanın üzərində yaxşıca yoğrulur,qulaq məməsi yumşaqlığı alana qədər xəmir yoğrulmaya davam edilir.

Xəmir yumurlanır ,üzərinə un səpilir.

Xəmirin üzəri təmiz örtü və ya neylonla örtülür,isti yerə gəlməsi üçün qoyulur.Neylon örtdüyünz zaman xırda dəliklər açın ki,xəmir nəfəs alsın.

Xəmirin gəlməsi üçün 2 saat vaxt yetər,sonra xəmiri qabdan alın.

Xəmirə yenidən un səpilib kündə hazırlanır.

Xəmiri pizza bişirəcəyiniz listin formasına görə 1-2 sm qalınlığında yayın.

Yaydığınız yuxanı yağlanmış tavaya ,ya da duxovka listinə qoyun.
Çəngəllə yuxanın bir neçə yerindən dəlin ki,bişərkən birtərəfli köpməsin.
Pizzanın üstü üçün tərkib malzəmərini hazırlayana qədər 10 dəqiqə isti duxovkada saxlayın.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check