saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Lahmacun hazırlanması

ÇapE-poçt

Lahmacun hazırlanması

Xəmiri üçün.
1 kq un.
1 paket yaş maya.
1desert qaşığı şəkər tozu.
1/2 çay stəkanı duru yağ.
Duz.

Xəmirin yoğurulması üçün ehtiyac qədər su.
İçi üçün.
½ kq dana qiyməsi.
½ dəstə cəfəri.
4 ədəd pomidor.
7 ədəd soğan.
1 xörək qaşığı qırmızı istiot.
3 q duru yağ.
3 qaşıq tomat pastası.

Hazırlanma Qaydası:
Xəmirə lazım olan ərzaqları bir qaba töküb yoğurun. Daha sonra xəmiri yarım saat acımağa qoyun. Sonra içi hazırlayın. ½ kq qiyməni qovurun, iç üçün lazım olan digər ərzaqların hamısını mətbəx dəzgahından keçirin və qovrulan qiymə ilə qarışdırın. Xəmiri 24 parçaya bölüb, tək-tək açdıqdan sonra üzərinə iç üçün hazırladığınız qarışığı sürtün. Sonra sobada (və ya kürədə) bişirin.Süfrəyə ayran və zövqə görə cəfəri, incə dilimlənmiş soğan, limon, pul bibər ilə təqdim etməyi unutmayın.Limonuda onun üstünə sıxın ki, dadı daha gözəl olsun.

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check