Novruz şirniyyatları-şəkərbura
Şəkərbura
Şəkərbura üçün süd 25-30 dərəcə temperatura qədər qızdırılıb içinə duz və maya qatılır. Hazırlanmış südə ələnmiş un, çalınmış yumurta və ərinmiş yağ vurulub bərk xəmir yoğrulur və üstü örtülərək, 1-1,5 saat ərzində isti yerdə (30-35 dərəcə temperaturda) saxlanır. Xəmir qalxdıqdan sonra kündələnib 2 mm qalınlıqda yayılır, 10 sm diametr ölçüsündə dairələr kəsilir. Bu dairələrin arasına hazır iç qoyulub örtülür və kənarları vintvarı şəkildə bükülür. Şəkərbura sol əlin ovcuna qoyulur, maqqaşla onun üstünə müxtəlif naxışlar salınır. Sonra şəkərbura listə düzülüb azacıq qurudulur və sobada bişirilir.
İç hazırlamaq üçün əvvəlcə şirin badam maşınından keçirilir. Badam olmadıqda onu fındıqla da əvəz etmək olar. Fındıq dənəsi tavada qovrulur, lakin elə etmək lazımdır ki, ləpə yanmasın. Qovurmaq vasitəsilə onun yalnız qabığının çıxması asanlaşdırılır. Fındıq ləpəsi cod kətan parçadan olan dəsmal arasında ovulur və qabıqdan təmizlənir. Təmizlənmiş fındıq ləpəsi də badam maşınından keçirilir və 1:1 nisbətilə şəkər tozu və bir az hil qarəşdırılır.
Lazım olan ərzaqlar: 500 q un, 150 q ərinmiş yağ, 200 q yağlı süd, 1 yumurta, 20 q maya 500 q fındıq və ya badam ləpəsi, 500 q şəkər tozu, 10 q hil, 5 q duz və 0,5 q vanil.
< Əvvəlki | Növbəti > |
---|
13.03.13 17:13 ərzində olan dəyişikliklər Yazan Semra 13.03.13 16:35