saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Şorqoğal

ÇapE-poçt

Şorqoğal

Novruz şirniyyatları
Şorqoğal
Ələnmiş una su, maya və duz qataraq bərk xəmir yoğrulur və acımaq üçün 1-1,5 saatlığa isti (30-35 dərəcə) yerə qoyulur. 
Xəmir gəldikdə 150-200 qramlıq kündələr tutulur və 0,5 mm qalınlıqda yayılır. Beləliklə, 8-12 yuxa hazırlanır. Bunların hamısının bir üzü yağlanır və üst-üstə yığılır. 10x15 sm irilikdə doğranır və burularaq şaquli istiqamətdə 10-12 sm diametrdə və 1,5-2 sm qalınlıqda yastılanır, sonra papaq kimi düzəldilib içinə 25-30 q iç qoyulur, xəmirin qıraqları birləşdirilib hamarlanır, yastı qoğal formasına salınır və üzərinə zəfəranla yumurta sarısı çəkilib sobaya qoyulur.

Qoğalın işi belə hazırlanır: yumurtanın ağı ərinmiş yağla çalınır, sonra döyülmüş razyana, sarıkök, darçın, cirə, istiot, duz və unu əlavə edilərək, narın dənəvər iç əmələ gəlincəyə qədər ovuşdurulur.
Lazım olan ərzaqlar: 700 q un, 20 q maya, 5 q duz, 30 q ərinmiş yağ, 350 q su. İç üçün - 1 ədəd yumurta, 20 q ərinmiş yağ, 0.1 q sarıkök, 0.2 q istiot, 1 q duz, 100 q un, 0.1 q razyana və 0.1 q cirə.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check