saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Köstəbək Tort Resepti

ÇapE-poçt

Köstəbək Tort Resepti

Köstəbək Tort Resepti
Vəsaitlər:
3 yumurta
1 stəkan şəkər tozu
75 qr. marqarin
1 paket qabartma tozu1 paket vanil
2 şorba qaşığı kakao
qəbul edəcəyi qədər un İçi üçün:
1 paket krem şanti + 1 stəkan süd,
3 dənə banan,
2 qaşıq şokolad,
2 qaşıq qırılmış fındıq,
Hazırlanması:
Şəkər tozu ilə yumurtaları çırpın. Üzərinə yumşalmış marqarini, qabartma tozunu, vanili, kakaonu və unu (tünd konsistensiyalı olmalıdır) qatıb yağlanmış yumru keks qəlibinə tökün.
170 dərəcəlik sobada bişirin. Bişən keks ilıq olanda kənarlarından 2 sm. buraxıb orta hissəsini qaşığın köməyiylə oyun.
Düz formada və döşəməsini parçalamadan ortasına qədər oymalısınız.
Oyduğunuz qisimə iki yerə kəsilmiş bananları yerləşdirin.
Kremşantini südlə çırpıb içinə fındıq və şokolad (ya da şokolad parçası) qatıb bu qarışığı yalnız bananların üzərinə qoyun.
Oyduğunuz keksi parçalayın və krem şantinin üzərinə tamamilə bağlayacaq şəkildə çəkin, yüngülcə basıb kremin yapışmasını təmin edin. Ən az 2-3 saat soyuducuda gözlətdikdən sonra xidmət edə bilərsiniz.
Nuş olsun..

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check