saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Tiramisu (Italyan mətbəxi)

ÇapE-poçt

Tiramisu (Italyan mətbəxi)

Tiramisu (Italyan mətbəxi)

Tərkibi:
4 yumurta
100 q şəkər tozu
500 q maskarpone pendiri
250 q savoyardi (təxminən 34 ədəd)
350 ml qəhvə (əriyən və ya bişirilmiş)
kakao
2-3 x.q. şərab (“Marsala”, yaxud rom, likör, brendi, konyak – istəyə görə)

Krem üçün: Yumurtanın ağını sarısından ayırın. Yumurta sarısını şəkər tozu ilə çalın. Maskarpone əlavə edib qaşıqla qarışdırın. Yumurtanın ağını qatı köpük alınana qədər çalın. Bunu yumurta sarısına əlavə edib səliqəylə qarışdırın.

Savoyardiləri soyuq qəhvəyə batırın. Bunu çox cəld etmək lazımdır ki, peçenyelər çox islanmasın. Qəhvəni istəyinizə görə hazırlaya bilərsiniz, məsələn, 350 ml suya 4 ç.q. qəhvə tökə bilərsiniz. İstəyə görə qəhvəyə şərab, rom, likör, brendi və ya konyak əlavə edə bilərsiniz.

Qəhvədə isladılmış savoyardiləri siniyə yaxın-yaxın düzün. Üzərinə bərabər qaydada krem çəkin. Yenə qəhvəyə batırılmış savoyardi döşəyib kremin qalanını üzərinə çəkin. 5-6 saat soyuducuda saxlayın.

Süfrəyə verərkən üzərinə kakao ələyin. Çox iti bıçaqla ehtiyatla kəsin.

Dim lights

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check