saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Kəsmikli Rulet

ÇapE-poçt

Kəsmikli Rulet

Kəsmikli Rulet
Ərzaqlar:
500 q kəsmik
150 q pendir
100 q şirin bibər
2 yumurta
şüyüd
3-4 x.q. un duz
ədviyyat – zövqə görə
narın suxarı
2 x.q. bitki yağı

Hazırlanması: 
Kəsmiyi çəngəllə əzin ki, içində lopa qalmasın. İçinə yumurta qırın, un, duz, ədviyyat əlavə edib qarışdırın.
Pendiri barmaq kimi, şirin bibəri saman kimi doğrayın. Şüyüdü yuyub suyunu süzün. Kəsmikli xəmiri perqamentin, yaxud qida plyonkasının üstünə dördbucaqlı şəkildə yayın. Üstünə sıra ilə pendir, bibər və şüyüdü düzün.
Perqamentin (qida plyonkasının) köməyilə rulet kimi bükün, narın suxarıya batırın, yağlanmış siniyə qoyun.
180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Süfrəyə verərkən doğrayın, üzərinə göyərti səpin.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check