Ən dadlı etli qutap resepti.
Un 500 q
Su 1 1/2 Stəkan
Yumurta 1 ədəd
Duz 1 ç.q
İçlik: Mal əti qiyməsi 500 q
Soğan 2 ədəd
Duz 1 ç.q
İstiot 1 ç.q
Nar 1 ədəd zirinclə əvəz etmək olar
Hazırlanması:
Yumrtaya su və duz qatıb qarışdırın.
Apardığı qədər un qatıb elastik xəmir yoğurun.
Xəmir 10-15 dəq. istirahət etməlidir .
Əti və soğanı ət maşınından keçirdin.
Duzlayıb istiotlayın.
Xəmiri 8 hissəyə ayırmaq və kündələmək lazımdır..0,5 qalınlığında yayıb bir tərəfinə içlik qoyun…üzərinə nar və ya zirinc səpin və bükün..Qutabları isti çuqun tavada hər iki tərəfini qızardın..Hazır Qutabları yağıayıb üst-üstə yığın.. Üzərinə sumax səpib masaya verin.
Nuş olsun!
< Əvvəlki | Növbəti > |
---|
14.10.22 08:33 ərzində olan dəyişikliklər Yazan Azer 14.10.22 08:00