Yumurta bina
Gələcəyin binaları necə olacaq? Bunun haqqında çoxlu müzakirələr aparılıb. Memar və dizayner James Law, Vijay Associates şirkətindən təlimat aldı ki, dünyada tayı-bənzəri olmayan – unikal, eyni zamanda yenilik gətirəcək bir ofis binası tiksin. Bu da James Law-ın cavabı.
Bəli, deməli James Law qarşısına qoyulmuş tapşırığın öhdəsindən gələ bildi. O, proektin Mumbaidə (Hindistan) həyata keçirilməsi təklifini verəndə binanın konstruksiyası haqqında da onun oval və ya hətta yumurta şəkilli olacağını bildirmişdi. İşindən və fotoşəkillərdən göründüyü kimi bu binanın yalnız xarici görünüşü yumurtaya oxşayacaq. Daxildən isə daha çox insanın alışdığı şəkildə olacaqdı.
Planlaşdırılmışdı ki, bu bina 13 mərtəbədən ibarət olacaq və 2010-cu ilin sonlarında təhvil veriləcək.
Mərtəbələrdə ofislər və birneçə başqa təyinatlı otaqlar olacaq, xaricdə terraslarda isə xüsusi botanik bağlar olacaq ki, orada çətin və yorucu iş gününün sonunda dincəlmək və rahatlamaq olacaq.
Belə ki, ekoloji proekt insanların həyatı üçün də gözəl düşünülüb. Belə maraqlı formaya və əla işıqlandırmaya görə yumurtanın daxili və xarici görünüşü insanın ağlını başından alıb valeh edir.
< Əvvəlki |
---|
16.01.11 18:49 ərzində olan dəyişikliklər Yazan NiCorp 16.01.11 12:44