saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Dünyada baş verən qeyri-adi fəlakətlər

ÇapE-poçt

 

İtaliyanın San-Pyer bölgəsində ilan işğalı
San-Pyer bölgəsində yerləşən Mount Pele dağında olan vulkanlar 1902-ci ildə püskərməyə başlayıb. Lakin nədənsə orada yaşayan insanlar yerin titrəməsinə heç əhəmiyyət verməyiblər. Elə həmin ilin may ayında göydən sanki tütün yağışı yağmağa başlayıb və ətrafa dəhşətli kükürd qoxusu yayılıb.
Baş verən qəribə yağışdan sonra yüzdən çox çuxur ilanlarının yaşayış yerləri tamamilə yararsız hala düşüb və onlar sığınacaqlarından sürünərək San-Pyer bölgəsinə hücum edib .

6 funt uzunluğu olan zəhərli ilan 50-dən çox insanın həyatına son qoyublar , həmçinin saysız-hesabsız ev heyvanlarının ölümünə səbəb olublar . Sonradan bu zəhərli ilanlar vəhşi pişiklər tərəfindən məhv ediliblər. Lakin insanların başına gələn bu hadisə yalnız bir başlanğıc idi . 1902-ci ilin may ayının 5-də bu bölgədə başlayan torpaq sürüşməsi sunamiyə səbəb oldu. Dəhşətli sunami yüzlərlə insanın ölümünə səbəb oldu və nəhayət, 3 gündən sonra Mount Pele dağında yerləşən vulkan yenə püskürməyə başladı. Qaynar lava şəhərin içinə axaraq, buranı tamamilə yer üzündən sildi. Burada yaşayan 30 min əhalidən cəmi 2 nəfər sağ qaldı. Bu fəlakətdən sonra uzun illər keçsə belə İtaliyada yaşayan insanlar hələ də bu hadisəni xatırlayırlar.

Çində baş verən sel fəlakəti

Vətəndaş müharibəsinin getdiyi Çin 1928-1930-cu illərdə dəhşətli quraqlıqla üzləşmişdi. Lakin 1930-cu ilin dekabrında ölkədə güclü boran, ardınca isə aramsız leysan yağışları başlayır. Nəticədə artıq 1931-ci ilin avqustunda dünyanın ən böyük çaylarından olan Yantszı və Xuanxe məcrasından çıxır. Ətraf ərazilərdən yüksəkdə yerləşən Xuanxenin daşması xüsusilə dəhşətli fəsadlar yaradır . Çinin o zamankı paytaxtı Nankin sular altında qalır. Ümumilikdə, 300 min kvadrat kilometr ərazini əhatə edən daşqın 40 milyon insanın zərər çəkməsinə, əkin sahələrinin sular altında qalmasına və müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb olur . Çin mənbələri dəhşətli daşqınlar zamanı 150 min insanın öldüyünü iddia etsə də, Qərb alimləri son illərin araşdırmalarına əsasən, Xuanxe və Yantszı çaylarının daşması və sonrakı fəsadlar nəticəsində 3 milyon insanın həlak olduğunu müəyyən ediblər . Çində 1931-ci ildə baş verən bu hadisə tarixdə ən böyükmiqyaslı və ən çox insan tələfatına səbəb olan sel fəlakəti sayılır.

İraqın Bəsrə əyalətində baş verən kütləvi zəhərlənmə
1971-ci ilin sentyabr ayında 90 min ton ağırlığında buğda və arpa kisələri İraqın Bəstə əyalətinə gətirildi. Əslində isə gətirilən xarab buğda tayaları xəstəlik mənbəyi idi. Zərərin qarşısını almaq üçün Amerikadan gələn arpanı və Meksika buğdasını kimyəvi maddələrlə cəhrayi rəngə boyayırlar. Təəsüf ki, kisələrin üstünə yazılan xəbərdarlıq yalnız ingilis və ispan dillərində olur. Təhlükəyə baxmayaraq Amerika və Meksikadan gələn toxumlar oğurlanıb ac qalan əhaliyə ucuz qiymətə satıldı. Xəcalət çəkən İraq hökuməti bu səhlənkarlığı gizlətmək üçün xoşagəlməz hadisəni gizlətdir. Lakin iki il sonra amerikalı jurnalist tərəfindən aparılan araşdırmalara görə, 1971-ci ildə 6530 insanın zəhərlənməsini sübut etdi. Artıq onlardan 459-u həyatını itirmişdi. Həmçinin 100 min insan zəhərlənmənin təsiri nəticəsində görmə qabilliyyətini itirdi , bəziləri kar qaldı, digərləri isə beyin zədələnməsindən əziyyət çəkdi.

Perm dağlarında zəlzələ
1970-ci ilin 31 mayında Perm dağlarında olan zəlzələ Huaskaran dağının cənub yamacının çökməsinə səbəb olub. Buz parçaları ilə getdikcə böyüyən qaya, saatda 335 km sürətlə 18 km yol boyunca Yunqay və Ranrahirka qəsəbələrinə yaxınlaşıb. Ərazi 2,3 milyon metr uzunluğunda buz və palçıq yığımı altında qalıb və 20 mindən çox adam həyatını itirib.

Hindistanın Çandka meşəsində baş verən vəhşi fillərin hücumu
1972-ci ilin yaz aylarında quraqlıqdan “yanan” Hindistanın Çandka meşəsində dəhşətli istilər başladı. Dözülməz hava şəraiti və susuzluq nəticəsində iyul ayının 10-da fil sürüsü 5 kəndə hücum edərək, buranı viran etdi. Bu dəhşətli fəlakət nəticəsində 24 insan həyatını itirdi.

Karib dənizində “Metyu” qasırğası
2016-cı ilin oktyabr ayında “Metyu” adlı güclü qasırğa Karib dənizi üzərindən keçib. Qasırğa əsasən Haitiyə ziyan vurub. Təbii fəlakət nəticəsində 102 nəfər həlak olub. Meteoroloqlar “Metyu” qasırğasını son onillikdə ən güclü təbii fəlakət adlandırıb.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check