saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Sevgi etiraflari

Sevgi mərhələsi

ÇapE-poçt

İlk məhəbbət

İlk məhəbbət gənc yaşda,bəzən də məktəbin yuxarı siniflərində baş verir. Bu sevgi gənclik arzularımızı özündə təcəssüm etdirir və bizdə məhəbbət haqqında nağıllardakı kimi ideal təsəvvürlər formalaşdırır.Bu məhəbbət bizim cəmiyyətin tələblərinə cavab verə bilmək istəyimizi təmin edir.Bu sevgi hisslərimizdən çox, cəmiyyətin bizdən gözləntilərilə əlaqəlidir. Biz şüursuz şəkildə onun ətrafında batırıq.

09.10.22 09:33 ərzində olan dəyişikliklər Yazan Azer 09.10.22 08:21

   

Əsl sevgi nədir?

ÇapE-poçt


Bəziləri başqalarının xatırlatmaq üçün yöndəmsiz olduqları şeylər haqqında çox səmimi və ciddi danışırlar. Bu xüsusilə sevgi kimi mövzulara aiddir. Sözümüzü ucadan deməyə utanırıq. Axı kişilər və qadınlar müxtəlif yollarla bir sevgi hissi yaşayırlar. Əsl sevgi nədir? Əslində əsl sevgi hər kəsin başına gələ bilməz. Yaşlı insanlardan soruşun, çünki bəziləri bu hissi ümumiyyətlə hiss etmirdilər.

09.10.22 08:21 ərzində olan dəyişikliklər Yazan Azer 09.10.22 08:04

   

Sənin gülüşlərin

ÇapE-poçt

Qarşımda nazlanıb yеnə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən dеsəm artıqdır, özün bilirsən

Lalə yarpağında şеhə bənzəyir.

03.10.22 22:06 ərzində olan dəyişikliklər Yazan Azer 01.10.22 11:10

   

Ayrılmayaq

ÇapE-poçt

Ayrılmayaq…

 

Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.

03.10.22 20:47 ərzində olan dəyişikliklər Yazan Azer 01.10.22 10:56

   

Səninlə dünyada bəxtiyaram mən

ÇapE-poçt

Ömrün payızında sevdim, sevildim,
Elə bilirəm ki, ilk baharam mən.
Arxanca sürünən kölgənəm sənin,
Harda qərar tutsan, orda varam mən.

Mey olsan, yanında bir qədəh ollam,
Gül olsan, çətrini öpən meh ollam.
Ot olsan, bir anda dönüb şeh ollam.
Dağ olsan, zirvənə yağan qaram mən.

Başımı qoyaram gündə yüz kərə
Bir yol ayağını basdığın yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.

Sevgiyə hədd qoymaq, düzü günahdır,
Cahilin hər işi, sözü günahdır.
Eşqi günah saymaq özü günahdır,
Kim deyir, eşqimdə günahkaram mən?

Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm!
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada bəxtiyaram mən.

.

09.10.22 09:55 ərzində olan dəyişikliklər Yazan Azer 29.09.22 13:48

   

Gör necə güclüsən

ÇapE-poçt

 

Yatmaq istəyirəm...sənsizliyimi
Yuxu dənizində batıram deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düşüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.

Həsrətin asılıb kirpiklərimdən.
Yuxum da gəlmir ki, heç olmasa mən
İtirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düşüb yatammıram mən,

06.10.22 20:47 ərzində olan dəyişikliklər Yazan Azer 29.09.22 12:00

   

Unutma məni

ÇapE-poçt

Yetişibdi zaman gedirem artıq
Bu hesret indiden çox sıxır meni
Belkede getdiyim yerden döne bilmerem
Sen gel heç zaman unutma meni

26.09.22 11:03 ərzində olan dəyişikliklər Yazan Azer 26.09.22 10:55

   

Sevirəm ilk eşqim sevirəm səni

ÇapE-poçt

 

Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.

26.09.22 10:55 ərzində olan dəyişikliklər Yazan Azer 26.09.22 10:39

   

<< Başlamaq < Əvvəlki 1 2 3 4 Növbəti > Axırıncı >>
Page Rank Check