saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Sevə sevə ayrılaq

ÇapE-poçt


Biz xoşbəxt olmadıq sevənlər kimi,
İndi son bahartək sızlar qəlbimiz.
Bəlkə bu dunyaya gəlmişik gülüm,
Artıraq dunyanın həstərini biz.


Tənə də,giley də daha əbəsdir,
Bu sirli royadan ayrılaq gərək.
Ya sən gecikmisən, ya mən tələsdim,
İndi sevə-sevə ayrılaq gərək.

Könül gizli –gizli yanacaq indi,
Bir damla göz yaşın dənizdir mənə.
Bizə xatirələr qalacaq indi,
Sənin xatirən də əzizdir mənə….

Bilirəm bu həsrət üzəcək səni,
Çalış kölgə kimi sürünməyəsən.
Gözlərim hər zaman gəzəcək səni,
Çalış, gözlərimə görünməyəsən.

 

 

NÜSRƏT KƏSƏMƏNLİ

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check