saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Sevirsən məni.

ÇapE-poçt

Sevirsən məni.

Sevirsən məni.

Sənlə ayrılmışıq gör neçə müddət,
Dilin söyləsə də bitib məhəbbət. 
Əllərin əlimə qalibsa həsrət
Deməli hələ də sevirsən məni.

Məni yox biləndə aglayırsansa,
Üz-üzə gələndə aglayırsansa,
Adim cəkiləndə aglayırsansa,
Deməli hələ də sevirsən məni.

Bütün olanlara tapmirsan cavab,
Buna nə vaxtacan edəcəksən tab?
Sənə bu yoxluğum verirsə əzab
Deməli hələ də sevirsən məni.

Sevgini gizlətmə, buna çalişma,
Ürək bariş deyir, dilin barişma.
Axi darixirsan...yalan danişma,
Deməli hələ də sevirsən məni.

Xatirələr yada salir dünəni,
Yuxuda görməkdən bezmədin məni?
Xəyalim da rahat buraxmir səni?
Deməli hələ də sevirsən məni.

Hər şeyi bitirən "əlvida" sözün,
Qəlbindən silmədi sevgimin izin.
Bağişla" deməyə gəlməyir üzün,
Deməli hələ də sevirsən məni.

Qəlbində yerimi kimsə almayib,
Mənli arzuların hələ solmayıb.
Artıq gizlədəsi nəsə qalmayıb,
De: hələ də sevirəm səni...

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check