saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Günahkar

ÇapE-poçt

Balaca bir uşaq idim,
Baharımı qış etdin sən.
Mən ürəyi yumşaq idim,
Ürəyimi daş etdin sən...

Gözlərimdən hey yaş damır,
Günahıma batıb getdin.
Məni adi bir əşyayammı?
Məni necə atıb getdin?!

Mənim üçün güc olsa da
Ürəyimi ovutmuşam
Üç gün, beş gün gec olsa da
Artıq səni unutmuşam.

Gedişinə deyək,amin!
Qayıtmağın nədir indi?!
Mənim bədbəxt günlərimin,
Hesabını gətir indi!

Neçə üzün varmış sənin?
Yatmış idim, ayıltmısan
Hansı üzlə getmiş idin?
Hansı üzlə qayıtmısan?!

Necə bağışlayım səni?
Kimə, nəyə bağışlayım?
Məni boş-boş incidəni
Mən nə deyə bağışlayım?!

Hər acıdan dadsan belə
Axı mən ola bilməzsən,
Vicdanını satsan belə
Könlümü ala bilməzsən!

Bilirəm ki, çatmaz gücün
Yalançılıq nəyə gərək?!
Adam kimi sevmək üçün
Məndə şans yox, səndə ürək..!

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check