saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Coşub çalxalanıb daşmayaq daha

ÇapE-poçt

Gəl danışmayaq, daha dinməyək
Sevgi nə,eşq nədi, söhbət etməyək
Sən başqa,mən başqa adamlar olaq
Hissləri gizlədək yadlaşaq daha
***
Söz söhbət olmasın əbəs yerimiz
Onsuzda cəkibdi nələr qəlbimiz
Mən susqun sahiləm,Sən coşğun dəniz
Coşub calxalanıb daşmayaq daha
***
Bitsin aramızda məhəbbət sözü
Gözü götürmüyən qoy gülsün üzü
Elə göstərək ki, biz özümüzü
Guya tamamilə başqayıq daha,
***
Bu olsun sirrimiz,pünhan hamıdan,
Bilən tək olacaq,bunu yaradan
Gələndə üz-üzə,xəlvət qaş altdan
Verməyək burizə baxmayaq daha,

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check