saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Son sevgimsən

ÇapE-poçt

SON SEVGİMSƏN....

İlk sevdiyim deyilsən sən.
Sənə qədər nəyi sevdim,
kimi sevdim bilmirəm mən.
Sənə qədər səndən ötə sevdim bəlkə ipək donlu gəlinciyi,
bərbəzəkli yelləncəyi. Bəlkə qışı, qarı sevdim,
Bəlkə də, baharı sevdim. Sənə qədər onu sevdim, 
bunu sevdim,kimisinin gözlərini, kiminin boyunu sevdim.
Bəlkə sevdim mən hamıdan çirkinini, bəlkə də, ən gözəlini?
Amma demə sənə qədər sevməmişəm heç birini.
Demə sənə çatanadək bilməmişəm sevgi nədir.
Amma ki, mən səni sevdim. Hər tikəni,
hər parçanı gözlərimə, ürəyimə yığdım elə.
Səni bütöv sevdim elə.

SƏNİN OLSUN SEVGİLİM....

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check