SƏN EVLİSƏN...
Sevgilim...Neyləyimki sən evlisən
Arzularım, Xəyallarım sənsiz qalıb
Gecələrim "iz"-siz qalıb,
Dodaqlarım çatlaq-çatlaq
Öpüşünə həsrət qalıb
Neyləyimki sən evlisən?
Məni sevən,əzizləyən
saçlarıma tumar çəkən
Baxışıyla gözlərimi gözlərinə kilidləyən,
Aşiq edən Sən evlisən
İki oğul sahibisən
Mənim sənə çatmır əlim
Arzularım,ümidlərim
Əldən gedən sevinclərim
Yalan olmuş gərçəklərim
Keçmişimin tilsimisən,
Neyləyimki Sən evlisən.!?
Axı mən də bir insanam
Hisslərim var!
Sənsiz sənə həsrət qalan günlərim var
Axı mən də bir insanam
Ürəyim var!
Qırıq-qırıq, sınıq-sınıq
Bu eşqimdə viran olan bir dünyam var
O dünyamda sən-MƏNİMSƏN...
Nakam qalan son eşqimin kilidisən
Neyləyimki sən evlisən
Mən sevəndə subay idin,
Gecə mənə qonaq idin...
Bu eşqimə ortaq idin
Göz yaşımı gözlərim də həbs edirsən
Bu sevgini mənlə birgə dəfn edirsən?!
Anlamırsan Və gedirsən!
Gileyim var,dərdlərim var
Söyləyəcək sözlərim var
Dinləmirsən! Kim bilir?
Bəlkə də sən mənsizliyə üzülürsən
mənim kimi?
Yarım qalan bu sevginin ağuşunda əzilirsən
xəzan kimi?
Bilirəmki getməlisən!
Sən evlisən!
Nə olsunki ,bu sevgimin təməlisən?
Artiq gecdi..Bitməlisən...!!!
< Əvvəlki | Növbəti > |
---|
26.10.22 21:55 ərzində olan dəyişikliklər Yazan Azer 26.10.22 20:26