saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

BƏS NƏDİR???

ÇapE-poçt

 



Arzularım, diləklərim sənə yüzdü, sənə min,
Yanaqları nəm görməsin sənin kimi sənəmin.
Yolçu sən ol, yol mən olum, keç üstündən sinəmin,
Uzaqlığın məndən ötrü hicran deyil, bəs, nədir?!

Gözəlliyin gözlərimin qarasıdır, ağıdır,
Ürəyimdə məcnunluğun zilə qalxan çağıdır.
Dalğalar var sahilləri döyür, didir, dağıdır,
Varlığımda baş qaldıran tufan deyil, bəs, nədir?!

Baxışınla baxışımı oxşa incə, sev incə,
Göz dəyməsin gözlərində güllər açan sevincə.
Belə vurğun baxmağını günah sayma bu gəncə,
Günəbaxan al günəşə heyran deyil, bəs, nədir?!

Əvəzimdə hər kim olsa yaşamaqdan bezərdi,
Gözləməkdən duyğularım köz-köz olub közərdi,
Daş olsaydı ömrü boyu həsrətinə dözərdi,
Əriməzmi bu Zəlimxan, insan deyil, bəs, nədir?!

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check