saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Idman və xeyri

ÇapE-poçt

 

Bir çox insan idman salonuna ürək və damar sağlamlığını inkişaf etdirmək, əzələ qurmaq üçün, onları qorumaq, forma vermək və ya ictimai həyata qatılmaq üçün gedir. Son 10 ildə elm adamlarının apardıqları araşdırmalar isə, idmanın düşünmə və beyin funksiyalarının fəaliyyətini artırdığını və müsbət təsirə malik olduğunu üzə çıxartdı.Fitness səviyyəsi nə olursa olsun idman üçün edilən işlərin zaman içində ciddi zehni faydalara səbəb olduğu nəzərə çarpır

.idmanın fiziki və ya zehni inkişafa təsiri ilə yanaşı, ümumiyyətlə sağlam və xoşbəxt bir həyata gətirib çıxardığı da təyin olunub.Sports International təlimçisi Oktay Sağnakın dilindən idmanın həyatımız üçün gözlənilməyən təsirləri:Stresi azaldar: Ofisdə çətin bir gün keçirdiniz? İdman salonunda gediş və ya cardio edin, ya da həyatınızdakı insanlara həyatı dar edin. Seçim sizindir. idmanın ruhi faydalarından biri də stresi azaltmaqdır. İdman salonunda tər atma çalışması belə fiziki və ya zehni stresinizi idarə etmənizə köməkçi ola bilər. İdman eyni zamanda norepinefrini, yəni, beynin ortasında bir kimyəvi konsentrasiyanı artiraraq stresə cavab verər. İstər zehni gərginlik ilə başa çıxmaq üçün bədənin qabiliyyətini artırın, bədəninizi inkişaf etdirərkən zehni gərginliyinizdən xilas olun. Hər iki idman zamanı müsbət nəticə eldə edirsiniz.

 

Xoşbəxtlik üçün kimyəvi maddələri artırın: Bir neçə kilometr qaya dırmaşmasını etmək çətindir. Bənzər nəticəni eldə edə bilmək üçün yaxınlığınızdakı idman salonuna gedə bilərsiniz. İdman edərək endorfin ifraz edib, xoşbəxtlik və coşqu qazana bilərsiniz. Araşdırmalar idmanın klinik depressiyada olduğunuz zaman belə, semptomları yüngülləşdirdiyini göstərmişdir. Bu səbəbdən depressiya ya da həyəcan keçirən kəslərə idman salonları təklif edilir. Çünki Duke Universiteti Medikal hissəsində edilən tədqiqatlarda bəzi vəziyyətlərdə idmanın antidepresan həbləri qədər təsirli ola bildiyini bildirmişdir.
Özünə etibarı inkişaf etdirmək: (Qaçış bantı üstündə olduğun zaman özünü bir milyon dolların var kimi hiss etmək). Başlanğıc səviyyədə, fiziki uyğunluq belə mənlik hörmətini artıra bilər və müsbət bir özünü tənqidi inkişaf etdirə bilər. İdman salonunda ağırlıq, boy, cinsiyyət və ya yaşınızın heç bir fərqi yoxdur. Edə biləcəyiniz məşqin olması və özünüzə qarşı tələbkarlığınız belə, insanın öz hisslərini və dəyərini yüksəldə bilər.
İdrakı reduksiyanın qarşısını almaq: Yaş ötdükcə beynimizin az da olsun dumanlı olmağı xoş olmasa da acı həqiqətdir. Yaşlanma və Alzheimer kimi Degenerativ xəstəliklər zamanı bir çox əhəmiyyətli beyin funksiyaları itirilir və beyin hüceyrələri ölür. İdman və sağlam qidalanma Alzheimeri “müalicə” edə bilməsə də, xəstəliyin gedişatının ləngiməsinə və sağlamlığı dəstəkləməsinə köməkçi ola bilər. 45 yaşından sonra idrak azalması başlayar. Xüsusilə 25 ilə 45 yaş arasında, beyindəki kimyəvi maddələri artırıb, beyni dəstəkləmək və degenerativasiyanın qarşısını almaq üçün məşq çox əhəmiyyətlidir. İdman beyindəki kimyəvi maddələri artırıb yaddaş və öyrənmə üçün beynin əhəmiyyətli bir parçası olan hipokampusu dəstəkləyər.
Davranış pozulmasını yüngülləşdirmək: İsti duş köpüyü və ya 20 dəqiqə qaçış! Davranış pozulması hücumunda hansı daha yaxşı nəticə verər? Bu cavab sürpriz ola bilər. İdman əsnasında və sonrasında yayılan isti və bulanıq kimyəvil maddələr davranış pozuqluqlarında sakitləşdirici olaraq insanlara faydalıdr. Oxford Universitinin qəzetində nümayiş olunan bir məqaləyə görə bəzi orta-yüksək sıxlıqlı aerobik məşqlər davranış həssaslığını azalda biler.Maraqlıdır ki bir çox faydasına baxmayaraq məşqinn yalnız kalori yandırmaq üçün yaxşı bir yol olduğunu düşünürük!
Beyin gücünü artırmaq: Siçanlar və kişilər üzərində edilən müxtəlif araşdırmalar kardiyovaskuler idmanın yeni beyin hüceyrələrinin neyronların meydana gəlməsi üçün şərait yaratdığını və ümumi beyin icrasını artırdığını ortaya qoydu. (Justin S. Rodos, İllinois Universiteti) Çətin bir məşq ilə məşğul olduqda beyinin qaynağı zülal olaraq bilinən BDNF səviyyələri bədəndə artır. Daha yaxşı qərar verməyə, daha yaxşı düşünməyə, daha yaxşı etmə və daha yaxşı öyrənməyə köməkçi olur.
Yaddaş itiləşdirmək: Nizamlı fiziki fəaliyyət yaddaş tutumunu və yeni şeylər öyrənmə qabiliyyətini artırır. Yaddaş və öyrənmədən cavabdeh olan hipokampus hüceyrələrinin istehsal artımı başlayır. İdman əsaslı beyin gücü yalnız uşaqlar üçün deyil. Böyüklər arasında da yaddaş artıra bilər. İllinois Universitetində aparılan başqa bir araşdırmaya görə, sürətli qaçış ilə məşğul olanların arasında söz tutma yaddaşının inkişaf etdiyi göstərilmişdir.
Vərdişlərin idarəsinə kömək: Beyin zövq aldığı hər şeydə dopamin ifraz edərək bədənə “kimyəvi mükafat” verər. İdman, cinsi yaxınlıq, spirt və ya bəzi qidalar bu ifrazatı hərəkətə keçirər. Çox təəssüf ki, bəzi insanlar dopamin ifrazat edən maddələrdən asılı hala düşərlər. İdman buna görə asılılıqlardan xilas olmağa köməkçi ola bilər. Qısa məşq seansları dərman ya da spirt asılıları üçün diqqət dağıdıcı ola bilər. Əvvəlcə heç olmasa qısa zamanda istəklərini azalda bilər. Spirt və digər aslılıqlar bədən ritminin pozulmasına səbəb olur. Məsələn spirtlilərin yuxu zamanları bir-birinə girmişdir. Məşq pozulan vücud, ritmini yəni bədən saatının yenidən nizamlanmasına da köməkçi ola bilər.
Yuxu probleminin həlli: Yuxusuzluq çəkən bəzi insanlar üçün yüngül bir məşq ilə yuxu dərmanı ekvivalent ola bilər. Sleep Disorders Center at Mount Sinası Medical Centerdə edilən bir araşdırmada yatmadan beş altı saat əvvəl edilən idmanın bədənin nüvə istiliyini yüksəltdiyi və bədən istiliyi bir neçə saat sonra normala döndüyündə də bədənin onu yuxu zamanı işarəsi olaraq qəbul etdiyi nəticəsinə gəlmişdir.
Daha real iş almaq: Özünüzü darıxdırıcı hiss edirsinizmi? Həll qısa davamlı yürüş ola bilər. Aparılan araşdırmalar nizamlı olaraq məşq üçün zaman ayıran insanların daha tərli və idman etməyən yaşıdlarına görə daha çox enerjiyə sahib olduğunu bildirilmişdir. Sıx proqramları günün ortasında bir idman salonuna sıxışdırmaq mümkün olmamaqla birlikdə bəzi mütəxəssislər günorta saatlarının bədən saatı səbəbiylə ideal bir zaman olduğunu ifadə edir.
İlhamınız artsın: Çox insan isti duş ilə çətin məşqə son verir. Amma məşq sonrası rəngli qələmlər ilə yazı yazmalı, şəkil ya da dizayn tərtib etməlisiniz. Çünki idman salonunda edilən bir məşqdə ürəyə qan nasosla vurmaq yaradıcılığı 1-2 saat artıra bilər. Əgər ilham partlamasına ehtiyacınız varsa məşq edərək məşq sonrası ilhamınızı gücləndirə bilərsiniz.
Digər insanların ilham mənbəyi: Aerobika məşqlərində edilən araşdırmaların əksəriyyəti insanın bir idman yoldaşı ilə uyğunlaşdırıldığı zaman daha yaxşı bir performans ortaya qoyduğunu göstərməkdədir. Əslində, bir qrupun parçası olmaq idmançıların dözümlülüklərini beləcə yüksəltmək üçün güclü bir vasitədir. Hətta idmana yeni başlayanlar bir tər iclası əsnasında belə çətinlik çəkdikləri zaman bir-birlərinə ilham qaynağı ola bilər, bu səbəblə bir idman dostu tapın və hərəkətiniz çox olsun!

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check