saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Təmiz süd şəfa mənbəyidir.

ÇapE-poçt

Təmiz süd şəfa mənbəyidir.

Təmiz süd şəfa mənbəyidir.

Süd insanın 5 min ildir ki, istehlak etdiyi içki növü olsa da, heç də hər kəs tərəfindən sevilmir.Biz onun haqqında kifayət qədər məlumata sahib olduğumuzu düşünsək də, əksinə, bilmədiyimiz olduqca çox şey var. Südün insan orqanizminə olduqca böyük yararlarının olmasından isə əksəriyyətimiz xəbərsizik. Süd və onun tərkibi ilə bağlı aparılan çoxsaylı təhqiqatlar maraqlı faktlar ortaya çıxarıb. Maraqlıdır ki, yeni araşdırmalar, hər dəfə yeni kəşflərlə yekunlaşır.Təmiz, təzə südün insan orqanizminə faydalarının bir neçəsini sizinlə paylaşırıq. Süd sümük əriməsi və xroniki bronxit kimi ağır xəstəliklərin müalicəsində böyük rola malikdir. Bundan əlavə, bu içki növü artıq piylənmənin də qarşısını almağa kömək edir. 
Bu səbəbdən diyeta saxlayanlar üçün süd və süd məmulatlarından istifadə edilir. Dünya alimlərinin əldə etdiyi nəticələrə görə, gün ərzində süd içən insanlar digərlərinə nisbətdə daha az yemək yeyirlər, səbəbi isə südün insanda toxluq yaratmasıdır.Südün faydaları bununla da yekunlaşmır. Belə ki, tərkibində şəkərin az olması da onun başqa bir üstünlüyü hesab oluna bilər.Sadalananlardan əlavə, bu bəyaz məhsul infeksiyalara da qarşı təsirlidir, həzm sistemini nizamlayır, mədə narahatlığını həll edir, beyini enerji ilə təmin edir, hüceyrələri bərpa edir və nəhayət, təzyiqi normallaşdırır.Həmçinin xərçəngin və diş çürüməsinin də qarşısını alır.Səhər yeməyində süddən istifadə edən şəxslərdə yüksək əhvali-ruhiyyə yaranır, enerjiləri bərpa olunur və düşünmə qabiliyyətləri inkişaf edir.

Yaşa görə südün təsirləri
Süd körpələr üçün ən ideal qida növüdür. Buna görədir ki, uşaqlar ana südüylə qidalanmadıqda bu onlarda kökəlmə, ürək, allergik, mədə kimi digər ciddi sağlamlıq problemlərinin yaranmasına səbəb olur. Yeniyetmələr üçün isə südün istifadəsi labüddür. Xüsusən, 12-15 yaşarası oğlanlarda. Bu yaşlarda onlarda fiziki cəhətdən dəyişmə gedir, yəni boy artımı baş verir. Bu zaman lazımi mineralların qəbul edilməməsi bu prosesin dayanması ilə nəticələnə bilər.Maraqlıdır ki, gənclər üçün dəyərli qida hesab edilən süd, yetkinlərin istifadəsi üçün məsləhət görülmür. Bu onların həzm sistemlərinin pozulmasına, xüsusən, qadınlarda sümük əriməsi və erkən yaşda qocalmalarına səbəb ola bilər.Yaşlı nəslin nümayəndələri isə bu məsələdə şanslıdırlar. Yəni süd onlar üçün müxtəlif qidaları əsas götürən balanslaşdırılmış pəhriz əhəmiyyəti daşıyır.Övladınız südü sevmirsə…Südün əhəmiyyətindən bəhs etdik, lakin bu məqamda qeyd etmək yerinə düşər ki, süddən hər kəsin xoşlandığını söyləyə bilmərik. Bu məsələdə, xüsusilə, uşaqları vurğulamaq yerinə düşərdi. Əksər analar uşaqlarının süd içməməsindən şikayət edirlər. Lakin bunu həll etməyin əyləncəli və asan üsulları vardır. Övladınıza südü sevdiyi formada: içərisinə şokolad və ya sevimli meyvəsini əlavə edin. Uşaqlar rəngli görüntülü içkilərdən xoşlandıqlarından rahatlıqla içəcəklər. Və ya südü, sadəcə, əlinə verin, başqa heç bir şey söyləməyin özü içəcəkdir.

Unutmayın ki, süd zəkanı inkişaf etdirir, çalışma əzminə təsir edir. Buna görə südü ona fərqli formada təqdim etməyə çalışın. Bu uşağınızın dərslərində də uğur qazanmasına köməklik edəcəkdir.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check