saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Dişlərinizi qorumağın 10 asan yolu.

ÇapE-poçt

Dişlərinizi qorumağın 10 asan yolu.

Dişlərinizi qorumağın 10 asan yolu.

Yaxşı qulluq edilməyən dişlərdə qısa zamanda kariyes çürüklər əmələ gəlir ki, bu da sonra onları itirməyimizlə nəticələnir.Təbii qidaları yeməklə həm sağlam dişlərə,həm də gözəl təbəssümə malik olmaq olar.
Kərəviz
Kərəviz dişləri iki yolla qoruyur.Belə ki, bu çox çeynəməli tərəvəzdir. Çeynəmə nəticəsində tüpürcək artımı olur ki,bu da çürüklərə səbəb olan bakteriyaları ziyansız edir.Bundan əlavə kərəviz diş və diş ətlərinə masaj təsiri də göstərərək,diş aralarını təmizləyir.

Pendir
Pendir dişləri çürüməkdən qoruyur və yeni çürüklərin yaranmasının qarşısını alır. Xüsusilə şirin qidalardan sonra bir dilim pendir yemək məsləhətdir.

Yaşıl çay
Yaşıl çaydakı katesin maddəsi ağızdakı bakteriyaların yox olmasına kömək edir və eyni zamanda xərçəngə qarşı mübarizə vasitəsi rolunda çıxış edir. Dolayısı ilə bu çay ağız xərçəngindən qoruyur. Eyni zamanda ağızda pis qoxuya səbəb olan bakteriyalıda məhv edir.

Kivi
C vitaminin əksikliyi dişləri həssaslaşdırı, onları bakteriyalara qarşı daha dözümsüz edir. Bu vəziyyətlə qarşılaşmamaq üçün kifayət qədər C vitamini qəbul edilməlidir. Bu vitaminin ən yaxşı mənbəyi isə kividir.

Qatıq
Kalsiumla bol olan qatığın dişlərə faydasını saymaqla bitirmək olmaz. Kalsium diş itkisinin qarşısını alan ən önəmli maddədir.

Cəfəri
Ağız qoxusuna yol aça biləcək qidalar yedikdən sonra cəfəri çeynəmək məsləhətdir. Bu sizin daha xoş bir qoxuya sahib olmağınıza kömək edəcək.

Çiyələk
Çiyələk dişlərə və dişətlərinə faydalıdır. Diş daşlarından qurtulmaq üçün təbii vasitədir. Tərkibindəki müxtəlif turşular diş daşlarını təbii yola əridir və onların yaranmasına mane olur.

Çərəz
Günəbaxan tumu və çərəzlər dişləri bakteriyalardan qoruyan xüsusi təbəqə yaradan yağlarla zəngindirlər. Bu yağlar diş minasını dahada möhkəmləndirir.

Alma
Almanı qabıqla yemək bir tərəfdən dişləri möhkəmləndirir, digər tərəfdən isə dişləri təmizləyir. Alma, yerkökü kimi meyvə-tərəvəzi dişləyərək yemək məsləhətdir.

Balıq
Balığın tərkibindəki fosfor sümük və dişin möhkəmliyi üçün vacibdir. Daha sağlam dişlər üçün həftədə bir dəfə balıq yeyilməlidir.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check