saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Su həyatdır

ÇapE-poçt

Su həyatdır

Susuz HƏYAT yoxdu.
Bu söz hamıya tanışdı. Şablon bir ifadə kimi səslənir.
Amma dərininə gedəndə doğurdan da suyun bizə bəxş olunan əvəzsiz nemət olduğunu görürük.

Su bədənin enerji qaynağıdır. Bədənin bütün hüceyrələrini enerji ilə təmin edir.
Su olmadıqda hüceyrələr aktivliyini itirir, susuzluq davam etdikdə isə ölməyə başlayırlar.

Su bədənə lazim olan mineralların təminatçısıdı.

Yeməkdən əvvəl içilən su qidanın parçalanmasına, tərkibindəki vitamin və
mineralların itkisiz olaraq tez bir vaxtda vücudumuza yayılmasına kömək edir.

Ağciyərləri oksigenlə təmin edən qırmızı qan
hüceyrələrinin aktivliyini artırır. Bədənin bütün hüceyrələrinə çatan su onları oksigenlə təmin edir.

Bol su içdikdə vücuda daxil olan zəhərli və ya zərərli infeksiyaların bədəndən tez bir zamanda xaric olmasına kömək edir.
Eyni zamanda bədənimizə yayılan zəhərli maddələri toplayıb zərərsizləşdirilməsi üçün qaraciyər və böyrəklərə aparır.

Bağırsaqların düzgün işləməsi üçün ən təbii yağlayıcıdı. Bol su bağırsaqdakı sürüşkənliyi
artırır, insanlar köp və digər mədə-bağırsaq problemindən yaxa qurtarmış olurlar.

Ürək və beyin damarlarında əmələ gələn trompların qarşısını alır. İnfakt və iflic riskini azaldır

Su vücüdumuzun təbii hərarətini saxlamaqda da əvəzsizdi.

Düşünmə başda olmaqla su beynımızın
bütün funksiyalarını həyata keçirməsi üçün enerji ilə təmin edir

Uşaqlarda və yeniyetmələrdə tez-tez rast gəlinən diqqətsizlik probleminə həll də sudadı.

 

İşləmə qabiliyyətini artırır və diqqəti toplamağa kömək edir.

Yuxunu normalaşdırır, yorğunluqdan xilas olmağa,
depresiya və gərginliyin azaltmağa kömək edir.

Dərini gözəlləşdirir, təbii yağlanmanı təmin edir.
Su dünyada ən tez tapılan və bol olan bir içkidir, heç bir əks təsiri yoxdu.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check