saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Qida allergiyası və ondan qorunmağın yolları.

ÇapE-poçt

Qida allergiyası və ondan qorunmağın yolları

Qida allergiyası daha çox körpə uşaqlarda özünü biruzə verir.

Allergiya sağlam insanlarda hər hansı bir narahatlığa gətirib çıxarmayan, bir və ya bir neçə maddəyə qarşı həddindən artıq həssaslıqdır. Allergiya yaradan maddələr tənəffüs, ağız və ya iynə vurma yolu ilə bədənə daxil ola bilir.
Belə maddələr bədən tərəfindən qəbul edilmədiyi və yad cisim kimi qəbul edildiyindən, bədəndə onu xaric etmək üçün maddələr meydana gəlir. Yad cismin, maddənin məhv edilməsi zamanı allergik reaksiyalar özünü göstərir. Allergik reaksiyalara səbəb olan maddələr arasında çiçək tozları, ev tozları, kosmetik məhsullar, evdə saxlanılan heyvanların tükləri, dəyişik fiziki faktorlar, bitki mənşəli maddələr, dərmanlar, peyvəndlər və müxtəlif qidalar sayıla bilər. Qida allergiyasına gətirib çıxaran maddələr qidalarda olan zülallardır. Zülala qarşı allergiaysı olan şəxslərə çox kiçik miqdarda zülal kifayət edir.
Qida allergiyası ən çox körpə uşaqlarda özünü biruzə edir. Buna körpənin həzm sisteminin tam inkişaf etməməsi, gündə bir neçə pay allergiya yaratma ehtimalı yüksək olan tək bir qidayla qidalandırılması və s. səbəb ola bilər.
Həkim bildirir ki, bütün qidalar allergiya yarada bilər. Amma bəzilərinin allergiya yaratma qabiliyyəti daha böyükdür. Heyvan mənşəli qidalar arasında ən çox süd və yumurta allergiya yarada bilir. Ət və ət məhsulları daha çox bişirildiyi üçün nadir hallarda allergiyaya səbəb olur.
Bitki mənşəli qidalar arasında ən çox çiyələk, qoz, şokolad və taxıllar allergik xüsusiyyətə malikdir. Bununla yanaşı, bütün qidaların allergiyaya səbəb ola biləcəyi unudulmamalıdır.


Hər hansı bir qidanın allergiya yaradıb-yaratmaması qəbul edilməmişdən öncə keçdiyi prosesə bağlıdır. Bişirilmə bir çox allergik təsirləri azaldır və yox edə bilir: "Süd bir çox insanlarda allergiya yarada bilir. Bu, onun tərkibində olan albominlə əlaqəlidir. Pendir südə nisbətən daha az allergik xarakterə malikdir. Çünki pendir istehsalı zamanı albomin çıxarılır".
Qidalara bulaşan məhsullar da insanlarda allergiya yarada bilir. Qidalara bulaşan maddələrdən ən əsası nikeldir. Qidaların paslanmayan qazanlarda bişirilməsi qidada nikelin miqdarını artırır. Bundan başqa, dərman preparatları da allergik həssaslığı artırır. Allerqoloqun fikrincə, allergiyaya daha çox meylli olan insanların 22 faizi aspirin və iltihab əleyhinə dərman istifadə edənlərdir.
Yumurtanın ağı, qabıqlı dəniz heyvanları, çiyələk, pomidor, şokolad, balıq və donuz əti, paxla, göy noxud, paxla kimi bəzi tərəvəzlər, taxıllar, qoz, yerfıstığı kimi müxtəlif qidalar allergiyaya səbəb ola bilir. Qida allergiyasının əlamətləri digər allergiya formalarında görülənlərdən çox da fərqli deyil. Bu, həzm, tənəffüs, dəri, ürək-qan damar, oynaq və sinir sistemiylə əlaqədar olur. Müəyyən bir yeməyə qarşı allergik cavab dərhal, ya da 1-2 saat içində ortaya çıxa bilər. Eyni zamanda allergiyanın iki əlaməti görülə bilər. Həzm sistemində mədə-bağırsaq iltihabı, ağız içi iltihabı, ürək bulanma, qusma, qarın ağrıları, ishal, qalınbağırsaq iltihabı əlamətləri özünü büruzə verə bilər. Dəridə qaşınma, qızartı, suluqlu şişkinliklər də allergiyanın əlaməti ola bilər.


Qidalar dəri təması nəticəsində də allergik dəri reaksiyalarına gətirib çıxarır. Təmas allergiyası xəstələrin əl barmaqlarında ekzemaya bənzər səpgilər formasında görülür. Bu səpgilər adətən aşbazların sol əlində hər zaman olur: "Çünki dəri iltihabına gətirib çıxaran qidalar, əsasən sol əllə, bıçaqsa sağ əllə tutulur. İltihab tez-tez alovlanır, qidalarla təmasdan bir neçə dəqiqə sonra dəridə qaşınma, qızarıqlıq və qabarcıqlar ortaya çıxır".
Allergik təmas verən qidalar da heyvan və bitki mənşəli ola bilər. Qaraciyər, toyuq, süd, pendir, yumurta, balıq, un, kahı, pomidor, soğan, sarımsaq, cəfəri, kartof, kök, alma, banan, kivi, şaftalı, bal bu cür allergiya edə bilər. N.Süleymanlının sözlərinə görə, belə allergiyanın necə əmələ gəldiyi bəlli deyil. Allergiyadan qorunmaq da mümkün deyil. Çünki bu, hər gün qidalandığımız yeməklərdən yarana bilər. Sadəcə olaraq, qidalanarkən sonrakı proseslərə fikir vermək və allergiya yaradan qidalara qarşı daha diqqətli olmaq lazımdır.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check