saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Xəstəliklərə kömək olan ədviyyat.

ÇapE-poçt

Xəstəliklərə kömək olan ədviyyat.

Xəstəliklərə kömək olan ədviyyat.

Darçın hələ qədim zamanlardan xalq təbabətində geniş istifadə olunub.Bu ədviyyat darçın ağacının qurudulmuş budaqlarından hazırlanır.Orqanizm üçün saysız-hesabsız faydaları olan darçın sözün əsl mənasında bir çox xəstəliklərə qənim kəsilən ədviyyatdır.Darçının ən faydalı xüsusiyyətlərindən biri qanda şəkəri tənzimləməsidir.Şəkərli diabeti olanlar bu ədviyyatın faydasından bəhrələnə bilərlər. Darçın qanda xolesterinin səviyyəsini azaldaraq ateroskleroz, miokard infarktı, iflic ehtimalını azaldır.Damarları genişləndirərək beynin fəaliyyətini yaxşılaşdırır.Bağırsaq iltihablarına qarşı mübarizə aparır.Darçın orqanizmin toksinlərdən təmizlənməsinə kömək edir.Böyrək,qaraciyər və öd kisəsinin fəaliyyətinin normallaşdırır.Qəbizlikdən əziyyət çəkənlər üçün xeyirlidir.Mədə ağrılarını aradan qaldırır.Bədənin müqavimətini artırarq orqanizmin immun sistemini gücləndirir.Cinsi fəaliyyətə müsbət təsir göstərir.Qadınlarda menstrual ağrı zamanı müsbət təsir göstərir.Ağızdan pis qoxunu götürür.Qan xərçəngi xəstəliklərinin profilaktikası üçün darçın ən yaxşı vasitələrdən biridir.Darçınla balın qarışığı bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soyuqdəymə, qrip, öskürək zamanı bir çay qaşığı balla çay qaşığının üçdə bir hissəsi qədər darçını qarışdırmaq və qəbul etmək lazımdır.Yorğunluğu və halsızlığı aradan qaldırmaq üçün də darçın və baldan istifadə etmək olar. Bunun üçün bir stəkan suya bir çay qaşığı bal və çay qaşığının dörddə bir hissəsi qədər darçın əlavə etməli və səhərlər içilməlidir.Səhər yeməklərində sıyıqların üzərinə azacıq darçın səpməklə orqanizmin ümumi tonusunu lazımi səviyyədə saxlamaq mümkündür.Nəzərə almaq lazımdır ki, digər faydalı qida məhsulları kimi darçından da qədərində istifadə etmək lazımdır. Çünki darçının tərkibində kumarin adlı maddə var ki, orqanizm onu artıq qəbul edəndə həmin maddə qaraciyər üçün ziyanlı ola bilər. Buna görə də darçının faydalarından bəhrələnmək istəyənlər darçının seylon növünə üstünlük verməlidirlər. Onun tərkibində kumarin maddəsi digər növlərdən daha az olur.

Seçiminizdə diqqətli olun və darçınla sağlamlığınızın qayğısına qalın.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check