saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Qoz ləpəsinin faydaları

ÇapE-poçt

Qozun insan sağlamlığına faydaları

Qoz yemək üçün 10 səbəb:

 

1. Qozdakı yüksək omeqa-3 yağ turşuları ürək xəstəliklərini, diabeti, yüksək qan təzyiqini və depressiyanı azaldır. Qoz istehlakı qandakı xolesterol səviyyəsini salır, ürək ritmini nizamlayır.

 


2. Qoz xərçəngdən qorunmanı təmin edir, immunitet sistemini gücləndirir.

3. Qoz, damarlarda daha az laxtalanma xüsusiyyəti olan qan tipinin istehsalına və yaxşı xolesterol nisbətinin pis xolesterol nisbətinə görə artmasına kömək edir.

4. Qozdakı l-Arginin qan damarlarının iç tərəfinin hamar və düz olmasını təmin edərək qan-damar sisteminin rahatlamasını təmin edir. Qozdakı yağ turşuları ürək xəstəliklərinə çox gözəl təsir edir.

5. Qoz, anlayışı və anlamağı inkişaf etdirir. Asiyada qoz hələ beyin qidası olaraq qəbul edilir, bu ölkələrdə şagirdlər, imtahanlardan əvvəl qoz yeyərək qeydlərini yüksəldə biləcəklərinə inanır.

6. Omeqa-3 yağ nisbəti aşağı uşaqlarda daha yüksək hiperaktiv olma xüsusiyyəti, daha çox təhsil və davranış pozğunluqları, daha çox xasiyyətsizlik və yuxu nizamsızlıqlığı müşahidə edilir. Qoz, bu problemləri önləyən omeqa-3 baxımından çox zəngindir.

7. Öd daşı meydana gəlməsinin qarşısını alır.

8. Qozdakı melatonin, beyin bezesi tərəfindən ifraz olunan melatonin insan bədəninin istifadəyə hazır formasını təmin edir. Melatonin, gecə işləyən zaman yuxu nizamsızlığı çəkən kəslərdə narahatlıqları ortadan qaldıra bilir.

9. Qozun, antioksidan xüsusiyyəti səbəbindən kardiyovasküler və sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin inkişafını aradan qaldırır . Qoz, manqan və mislə orqanizmi təmin edir.

10. Qoz yodla zəngindir. Zob xəsteliyinə komək eden çərəzlərdəndir. Hər səhər 3-4 qoz yemək çox gözəl təsir edir.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check