saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Günün tarixi

ÇapE-poçt

Günün tarixi

3 iyul. İlin sonuna  181 gün qalır.

1608. Fransız səyyah Fransua Şamplen Kanadanın Kvebek şəhərinin əsasını qoyub

1841. İngilis astronom Con Adams Neptun planetini aşkar edib

1935. Fransız avtomobil konstruktoru Andre Sitroen (André Citroën) vəfat edib

1962. Fransa prezidenti Şarl de Qoll Əlcəzairin müstəqillik əldə etdiyini bəyan edib

1988. ABŞ hərbi gəmisi Hörmüz körfəzində İrana məxsus təyyarəni vurub. Hadisə nəticəsində 290 nəfər həlak olub

1996. Boris Yeltsin yenidən Rusiya Federasiyası prezidenti seçilib

1915. Türkiyədə ilk dəfə kağız pullar tədavülə buraxılıb

1944. Sovet ordusu Minsk şəhərini azad edib

1956. Polşa hökuməti yəhudilərin İsrailə köçməsinə icazə verib

1964. ABŞ-da irqi ayrı-seçkiliyi qadağan edən qanun qəbul edilib

1969. Türkiyə ərazisindəki Amerika hərbi bazalarına mülkiyyət hüququ Türkiyəyə keçib

1994. Metronun Gənclik stansiyasında törədilən terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər yaralanıb. Terrorçu, ləzgi millətindən olan Azər Aslanov barədə isə məhkəmə ömürlük həbs qərarı verib

2000. Türk aktyoru Kamal Sunal (Şaban) vəfat edib

2004. Banqkokda metro fəaliyyətə başlayıb

2006. Maşinistin sürət həddini aşması (40 əvəzinə 70 km/saat) nəticəsində Valensiya metrosunda baş verən qəza 41 nəfərin həyatına son qoyub

2009. Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin başçılıq etdiyi nümayəndə heyəti Qarabağ, Ermənistan və Azərbaycanda olub.

Günün aforizmi

“Teatra, incəsənətə və musiqiyə biganə olan şəxsin üzünə xoşbəxtlik qapıları bağlanıb”.

Xamneyi

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check