saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Tarixdə baş verənlər

ÇapE-poçt

Tarixdə baş verənlər

7 iyul. İlin sonuna 177 gün qalır.

1807. Fransa (Napoleon Bonapart) və Rusiya (çar I Aleksandr) arasında Tilzit sülhü bağlanıb

1828. Rus qoşunu Qarsı işğal edib

1922. Fransız modelyer Pyer Kardin (Pierre Cardin) anadan olub

1913. Dağıstan və Zaqatala dairələrində feodal-asılılıq münasibətlərin ləğv edilməsi haqqında qanunun qəbul olunub

1918. Qafqaz İslam Ordusu Kürdəmir uğrunda döyüşə başlayıb

1923. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verib. Vilayətin mərkəzi seçilən Xankəndinin adı sonradan dəyişdirilərək Stepanakert adlandırılıb

1930. Şotland yazıçı Artur Konan Doyl vəfat edib

1937. Yaponlar Çinin Şimal Şərqini işğal edib. İkinci Çin-Yapon müharibəsi başlayıb

1960. Konqo BMT-yə üzv olub

1962. Birmada hakimiyyətə etiraz edən 130 tələbə güllələnib

1969. Fransız dili Kanadada ingilis dili ilə bərabər hüquq əldə edib

1974. Almaniya futbol üzrə dünya kubokunu qazanıb

1978. Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya qəbul edilib

1992. Azərbaycan Respublikası Tailand ilə diplomatik əlaqələr qurub

1997. Azərbaycan və Böyük Britaniya arasında gömrük orqanlarının qarşılıqlı inzibati yardım haqqında Razılaşma Memorandumu imzalanıb.

Günün aforizmi

“Hər cür prinsipsiz fəaliyyət insanı iflasa aparır”.

Höte

 

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Page Rank Check