saytımıza xoş gəlmisiniz! xəbər əlavə etmək üçün qeydiyyatdan keçin....

Behbudov Həbib Nəbi oğlu barədə

ÇapE-poçt

Behbudov Həbib Nəbi oğlu

Behbudov Həbib Nəbi oğlu 1952-ci ildə İmişli rayon Qaravəlli kəndində anadan olub. Orta təhsilini İmişli rayonunun Qaravəlli və Bəcirəvan kənd orta məktəblərində alan Behbudov Həbib Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə qəbul olmuşdur. Həbib müəllim Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini bitirdikdən sonra İmişli rayonunun Qaravəlli, Mirili və Bəcirəvan kənd orta məktəblərində müəllim vəzifəsində işləmi və hazırda da İmişli rayon Bəcirəvan kənd orta məktəbində müəllim vəzifəsində işləyir.

Həbib müəllim hər zaman Azərbaycan dövlətinə sadiq bir vətəndaş kimi özünü subut etmişdir. Hər kəsin qanun qarşısında bərabər olduğu bir ölkənin vətəndaşı olmağın nə qədər şərəf və xoşbəxtlik olduğunu anlayan Həbib müəllim həmin dövlətin qanunvericilik aktlarının icra olmasını bacardığı qədər tələb etdiyi üçün çox sınaqlardan keçmiş, bu yolda çox ikiüzlü, riyakar insanlarla üzləşmişdir. Hər anı tale imtahanı olan bu dünyada bu cur insanlarla üz-üzə gələdiyinə görə və digər səbəblərə görə böyük həyat təcrübəsinə malik olan Həbib müəllim İmişli rayonunda ən hörmətli müəllimlərdən biridir.

Əsil müəllim kimi artıq özünü sübut edən Həbib müəllim həyatın imtahanından aldığı dərsləri insanlara anlatmaq üçün aldığı həyat dərsini şerlərlə ifadə edərək anlatmağa çalışır.

Həbib Behbudov Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, bir oğlu və bir qızı var.

Könlüm

Gün keçirdin yorğun-yorğun

Dərddən-dərdə qaçan könlüm.

Bir gözəlin xəyalına

Pərvanə tək uçan könlüm.

Gül barışar qismət ilə,

Boyun bükər ismət ilə,

Bu qəm ilə, həsrət ilə,

Xöşbəxt oldun haçan könlüm?

Gül zamanın doğrusuna,

Əyilmədim oğrusuna,

Dözməlisən ağrısına,

Qucağını açan könlüm.

Dilli var, dildən yaralı,

Güllü var, güldən yaralı,

Sən yaralı, mən yaralı,

Dözümlüymüş bu can könlüm.

Axtarır

Rəzil var, büdrəyib yolunu azmış,

Nə bir cığır gəzir, nə iz axtarır.

Dahi var tarixə min böhtan yazmış,

Zalimə qul gəzir, kəniz axtarır.

Qəmli mahnı deyən qələm qaşlı var.

Göz var, gözəllik var, gözü yaşlı var.

Əyilən, əzilən başı daşlı var.

Nə əyəndən küsür, nə düz axtarır.

Dərddən bu dünyada hamıya pay var.

Zülmət bürüncəkli ulduz var, ay var.

Səhrada quruyan minlərlə çay var.

Suyu bollaşanda dəniz axtarır.

Ürəklər döndükcə xaraba yurda,

Bayquşla yarasa sevişir orda.

Sahibsiz qoyunlar tuş gəlir qurda,

Nə tövləyə qaçır, nə küz axtarır.

Həbib, çox az gördüm haramdan doyan.

Çox oldu iblislə şəhvətə uyan.

Leş olub dörd yana üfunət yayan

Paklıqdan danışır, təmiz axtarır.

Ay qoşa çəkil

Bəcirəvan kəndində, yol ayrıcında,

Məğrur dayanmısan, ay qoşa çəkil.

Quşlara yuva ol, yolçuya kölgə,

Beləcə ömür sür, min yaşa çəkil.

Qiyamət küləyi əsəməmiş hələ,

Yalan hökmürandır, həqiqət kölə,

Qorxuram daldanda kaftar dincələ,

Tülkülər, çaqqallar ulaşa çəkil.

Əlləri dondurur qar bu dünyada.

Dəyməmiş tökülür bar bu dünyada.

Zəhərli ilanlar var bu dünyada.

Qorxuram boynuna dolaşa çəkil.

Ruh intizardadır, bədən yaralı.

Gələn gözü yaşlı, gedən yaralı.

Mənim qəlbim, sənin gövdən yaralı.

Sirdaşıq dərd bilən sirdaşa çəkil.

Şərh əlavə et


Qoruyucu kod
Yenilə

Onlayn TV

Page Rank Check